• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Hadisə

Namazov 12 il həbs cəzası aldı

21:38 12.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bakıda kafedə başlayan davaya görə həbs edilən şəxsə ağır cəza kəsilib. O, quldurluq niyyəti ilə adam bıçaqlamaqda ittiham edilir. Lakin 12 il həbs cəzası alan şəxs bununla razılaşmır

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Famil Namazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. İşə hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılıb.

Famil Namazov Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. Məhkəmə prosesində cinayət işi materiallarında olan videogörüntü izlənilib. Həmin görüntülərdə Famil Namazovun kafedə adam bıçaqladığı əks olunub.

Görüntülərdən məlum olur ki, Famil dostu Elçin Əliyev və bir xanımla “Dərnəgül” yolunda yerləşən kafeyə gəlir. Orada olarkən kafedə işləyən Səmədovla mübahisə edir. Bu zaman Famil Səmədova bir neçə zərbə endirir. Dostu Elçin və yanında olan xanım kafeni tərk edir, Famil isə başqa istiqamətə gedir.

Famil Namazov törətdiyi əməli etiraf edir. Amma deyir ki, bu cinayəti quldurluq məqsədi ilə etməyib. Qisas üçün Səmədovu bıçaqladığını deyən Famil Namazov hadisənin baş vermə səbəbini və daha əvvəlki davanın təfərrüatlarını danışıb. O, söyləyib ki, hadisədən bir neçə gün əvvəl də həmin kafedə olublar. Dostu Elçin və onun yanında olan bir xanımla masa arxasında əyləşib çörək yeyib, spirtli içki qəbul ediblər. Bu zaman musiqinin səsinə görə kafedə işləyən şəxslərlə Famil və dostu arasında mübahisə yaranıb. Famil deyir ki, kafedə mahnının səsi yüksək olduğundan davanın başladığından gec xəbər tutub:

"Mən masada əyləşmişdim. Səs-küydən heç nə eşidilmirdi. Masada olan xanım mənə dedi ki, dostun kimləsə dava edir. Mən baxanda Elçinin dalaşdığını gördüm. Onlar tərəfə getdim. Mübahisə qızışdı. Məni arxadan kimsə vurdu. Başım qanın içində idi. Bizi polis bölməsinə apardılar. Döyülən, qanın içində olan mən, dedilər ki, səndən şikayət var. Bir gecə həmin vəziyyətdə polisdə qalmışam. Məni yaralı vəziyyətdə xəstəxanaya yox, polisə gətiriblər. Səhər məni buraxdılar ki, guya məndən şikayət yoxdur. Halbuki mən döyülmüşdüm".

Famil Namazov qeyd edib ki, kafe işçilərinin və xüsusi ilə də Səmədovun bu hərəkətinə qəzəblənib. İki gün sonra həmin kafeyə gedərək Səmədovdan etdiyi hərəkətin səbəbini soruşub: "Elçin və həmin gün orada olan xanım da bizimlə idi. Səmədovdan bu hərəkətlərinin səbəbini soruşdum. Planlı şəkildə onu vurmağa getmişdim. Məqsədim qisas almaq idi. Amma quldurluq deyildi. Səmədovu vurdum, yerə yıxılanda yenə vurdum. Dedim ki, adamı belə döyərlər. Elçingil heç bir müdaxilə etməyib. Kamera görüntülərində də bu var".

Davanın baş verdiyi kafedə işləyən şahidlərdən biri məhkəməyə gəlmədiyi üçün onun ifadəsi elan edilib. Həmin şahid ifadəsində göstərib ki, kafedə birinci davanın baş verməsinə səbəb Elçin Əliyev adlı şəxsin yeyib-içdikdən sonra şalvarını çıxararaq kafedə lüt şəkildə rəqs etməsi olub. Şahidin dediyinə görə, bu hərəkət müştərilərin və kafedə işləyənlərin etirazına səbəb olub.

Famil Namazov bu ifadəni ilk dəfə eşitdiyini və yalan olduğunu deyib: "Kafedə kamera var. Necə ki, mənim onu vurduğum görüntülər işin içindədir. Əgər Elçin lüt soyunubsa, gətirib kamerada həmin görüntüləri göstərsinlər. Adam niyə kafedə şalvarını çıxarsın? Biz heç o qədər içməmişdik ki, Elçin özünü şalvarını çıxaracaq qədər itirsin. Vallah, yalandır".

Təqsirləndirilən Namazov ona qarşı irəli sürülən ittihamla razılaşmayaraq məhkəməyə müraciət edib: "Hörmətli məhkəmə, mən Səmədovu qisas məqsədi ilə bıçaqlamışam. Etiraf edirəm. Amma nə cibindən pul götürmüşəm, nə də belə bir niyyətim olub. Görüntülərdə də var ki, vurub gedirəm. Cibindən nəsə götürdüyüm görünür? İstintaq bu qənaətə necə gəlib? Xahiş edirəm, mənim maddəmi 126.1-ə- qəsdən sağlamlığa ağır zərər vurmaya dəyişin. Ən ağır cəzanı da bu maddə ilə verin. Mən adamı bıçaqlayandan sonra özüm polisə zəng eləmişən. Necə etdiyimi ətraflı şəkildə, olduğu kimi danışmışam".

Suallara cavab verən F.Namazov ötən proseslərdə ifadə verməkdən imtina etməsinin və məhkəməyə arxa çevirməsinin səbəbini də izah edib: "Səbəb indi dediklərimdir. Mənə düzgün ittiham verilməyib. Buna etiraz edirdim, danışmırdım. Amma mənə həbsxanada dustaq yoldaşlarım izah elədi ki, dərdimi, sözümü sizə danışım ki, bu işə bəlkə ədalətli baxılar".

Təqsirləndirilən şəxs zərərçəkmişə müayinə və müalicəsi üçün pul ödəmək niyyətinin olduğunu və bu məqsədlə torpağını satışa qoyduğunu deyib.

Məhkəmədə o da məlum olub ki, F.Namazov daha əvvəl də xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşayıb. Prosesin davamında dövlət ittihamçısı çıxış edib. Prokuror F.Namazovun Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

F.Namazov son sözündə məhkəmədən ədalətli qərar gözlədiyini deyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən F.Namazov 181.3.3-cü maddəsi ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum edilib.

Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az