Şəmkirdə 18 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb
Ötən gün rayonun Könüllü kənd sakini, 2000-ci il təvəllüdlü Ələkbərli Mətləb Safəddin oğlunu bıçaqlayan Samux rayon Alabaşlı kənd sakini, 2000-ci il təvəllüdlü Rüstəmov Ayxan Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, hadisəyə səbəb onların arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə olub.
Faktla bağlı araşdırma aparılır. (APA)
MilliYol.Az
loading...