• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Azərbaycanda nikahdankənar 200 min uşaq doğulub - SOS

22:12 12.05.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
“Qeyri-rəsmi statistikaya görə, son beş ildə nikahdankənar doğulan uşaqların sayı 200 mindən çoxdur. Azərbaycan əhalisinin çoxunun şəhərlərdə yaşamasına baxmayaraq, nikahdankənar uşaqların çoxu kəndlərdə doğulur.
Nikahdankənar doğulan uşaqlar sabah qarşımıza sənədsiz  yaşayan insanlar olaraq çıxırlar.Mollalar rəsmi nikah olmadan dini nikah bağlamamalı, kəbin kəsməməlidir. İslam dini heç vaxt nikahdankənar uşağın dünyaya gəlməsinin tərəfdarı ola bilməz. 

Hüquqi baxımdan qanunvericilikdə demək olar ki, tənha analar üçün xüsusi hallar, güzəştlər yoxdur. Sosial xidmət mərkəzləri olsa, tənha analar kiçik yaşlı uşağını qoyub işləyə bilər.Əgər valideynlər qıza bir iqtisadi yük olaraq baxaraq erkən evləndirirsə, sabah həmin qız 10 iqtisadi yük olaraq geri qayıdacaq.
 
Bu fikirləri APA-da yayımlanan “Sosium” proqramının qonağı, hüquqşünas Günel Səfərova deyib. Günel Səfərova son 10 ildə nikahdankənar doğulan uşaqların sayının artma səbəbindən danışıb: “2000-2015-ci il arasında nikahdankənar uşaqların sayı 10 dəfə artıb və qeyri-rəsmi statistikaya görə, bu rəqəm 200 mindən çoxdur. Təəssüf ki, bizim cəmiyyətdə yalnız qeyri-rəsmi nikahdan, yaxud bir dəfəlik münasibətdən  doğulan uşaqlara  nikahdankənar uşaq kimi baxılır. Amma Ailə Məcəlləsinin 44-cü maddəsində uşağın bioloji anasının müəyyən edilməsi ilə bağlı xüsusi maddə var. Biz adətən bioloji atanın müəyyən edilməsində problem yaşayırıq. Digər tərəfdən, Azərbaycan əhalisinin çoxunun şəhərlərdə yaşamasına baxmayaraq, nikahdankənar uşaqların çoxu kəndlərdə doğulur. Bu da erkən nikahlarla bağlıdır. Rəsmi nikahın bağlanmasını daha çox kişi tərəfi istəmir. Bu isə mal varlığının bölünməsindən, ya da çox məsuliyyətsizlikdən irəli gəlir”.
 
Hüquqşünas atalığı sübut etmək üçün lazım olan hüquqi proseduralar barədə geniş məlumat verib: “Son zamanlar məhkəmədə atalığın müəyyən olunması ilə bağlı işlər daha çoxdur. Bunun üçün 100 manatdan artıq olmayan bioloji test var. Amma DNK testi təxminən 2000-3000 manatadır. Bəzən atalar bu pulu ödəməyə razı olmur. Qanuna görə, ananın nikahda olduğu şəxs, hətta həyatını itirsə də, nikah pozulduqdan 300 gün sonra dünyaya gələn uşaq həmin atanın övladı sayılır. Qanun kifayət qədər bu sahəni tənzimləyir, amma nikahdankənar doğulan uşaqların sayı dayanmadan artır. Hal-hazırda “ASAN Xidmət” rəsmi nikahı qeydiyyata alır, buna heç bir əngəl yoxdur. Nikahdankənar uşağın şəhadətnaməsini almaq, sonra harasa təqdim etmək böyük bir problem olur. Yerli icra strukturlarının uşaqlarla bağlı xüsusi bir komissiyası var. Bu komissiya ərazidə olan bütün uşaqların nəinki sosial, həm hüquqi problemləri ilə bağlı məlumatlanmalıdır. Lakin həmin komissiya cəmi 3 nəfərdən ibarət olur. Məsələn, Gəncənin 500 minə yaxın əhalisi var və bunun 100 mindən çoxu uşaqdırsa, 3 nəfər komissiya üzvü bu uşaqların sosial, hüquqi həyatı ilə maraqlana bilərmi? Nikahdankənar doğulan uşaqlar sabah qarşımıza sənədsiz  yaşayan insanlar olaraq çıxırlar. İnternat və uşaq evlərindəki uşaqların qəyyumu rəhbərlik olsa da, onların sənədlərində də boşluqlar var. Hətta burda yaşayan uşaqlar özləri də istəmirlər ki, qeydiyyatları həmin o internat və uşaq evlərinə olsun. Sonra gələcək həyatlarında problem yaradır”.
 
Hüquqşünas dini nikaha üstünlük verilməsinin fəsadlarını da qeyd edib: “Regionlarda çox yanlış bir təsəvvür var ki, düşünürlər ki, dini kəbin artıq hər şeyi həll edir. Dini komitə buna nəzarət etməlidir, mollalar rəsmi nikah olmadan dini nikaha bağlamamalıdırlar. İslam dini heç vaxt nikahdankənar uşağın dünyaya gəlməsinin tərəfdarı ola bilməz. Rəsmi nikahı olmayanlar yalnız atalıq davası aça bilirlər. Lakin bölgələrdə yaşayan insanların sosial vəziyyəti rüsumları, vəkil xərcini, testin pulunu  ödəməyə imkan vermir. Mollanın təsdiqlədiyi sənədin hüquqi baxımdan heç bir əsası yoxdur”.
 
Günel Səfərova erkən nikahlara cəmiyyətin münasibətinin dəyişməsinin vacib olduğunu vurğulayıb: “Erkən nikaha girən bir insanın toyuna icra hakimiyyətinin nümayəndəsi də gedir, bələdiyyə sədri də, molla da. Əslində isə, bu hal hətta cəzaya qədər gedib çıxa bilər, valideyn buna görə məsuliyyət daşıyır. Seminarlar, konfranslar keçirilsə də, məlumatsızlıq get-gedə artır. Ailə, Qadın, Uşaq Problemləri  üzrə Dövlət Komitəsi bu məsələ ilə ciddi məşğul olmalıdır. Çünki qanunda olan boşluqlara Milli Məclis düzəlişlər edir, biz təkliflər veririk, qanun fəaliyyət göstərir. Burada problem icraedici qurumda olur”.
 
Nikahdankənar doğulan uşaqlara görə yalnız anaların məsuliyyət daşımasının normal olmadığını deyən qonaq həmin anaların problemlərini də səsləndirib: “Təəssüf ki, nikahdankənar böyüyən uşaqların böyüdüyü ailə daha çox tənha analar olur. Cəmiyyətin buna münasibətini kənara qoysaq, hətta hüquqi baxımdan da qanunvericilikdə demək olar ki, tənha analar üçün xüsusi hallar, güzəştlər yoxdur. Müəyyən QHT-lər tənha analara, çoxuşaqlı analara, ailə başçısının itirmiş ailələrə bu və ya digər şəkildə xidmət göstərir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ünvanlı sosial müdafiənin istiqamətlərini müzakirə edir. Elə bir kateqoriya var ki, ünvanlı sosial yardım onlara mütəmadi olaraq veriləcək. Biz təklif edirik ki, ƏƏSMN işləmək imkanı olan tənha analarla bağlı proqramları məhz bu istiqamətdə gücləndirsin. Əgər sosial xidmət mərkəzləri olsa, tənha analar kiçik yaşlı uşağını qoyub işləyə bilər. Bunu tənzimləyən proqram yoxdur, varsa da dağınıq şəkildədir”.
 
Günel Səfərovanın sözlərinə görə, nikahdankənar uşaqların sayı belə sürətlə artarsa, gələcəkdə çox böyük sosial bir toplum olaraq qarşımıza çıxacaq: “Bu halda, biz problemi qəbul eləmək məcburiyyətində qalacayıq. Ona görə də biz problem yaranmamışdan qabaq onun həlli haqqında düşünməliyik. Böyük təbliğat aparılır amma nəticə yoxdursa, deməli, təbliğatımızda formanı dəyişməliyik. Televiziyada belə verilişlər və reklam çarxları yoxdur. Verilişlər sadəcə nikahdankənar uşaqların problemləri barədə olur. Ailə qurmaq istəyən gənclər və valideynlər müraciətimiz odur ki, rəsmi nikah olmadan nikah münasibətinə girməyin. Əgər valideynlər qıza bir iqtisadi yük olaraq baxaraq erkən evləndirirsə, sabah həmin qız 10 iqtisadi yük olaraq geri qayıdacaq. Eyni zamanda dövlət strukturları da bu məsələni gündəmdə saxlamalıdırlar”.

"Milli Yol"

Etiket:

Digər xəbərlər

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az