• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Yeni nazir köhnə ticarətçi ilə yola gedəcəkmi?

15:23 27.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Haqlı olaraq Prezident İlham Əliyevin sərt tənqidinə tuş gəlmiş sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov getdi

Amma özündən sonra olduqca ciddi problemlər qoyub getdi. Bu problemlərdən ən birincisi odur ki, onun nazir olduğu dönəmlərdə aqrar sahədə dönüş yaratmalı bir nazirlik keçmiş icra başçılarının «cərimə batalyonu»na döndərilmişdi. Elə bu səbəbdəndir ki, Azərbaycan hər il aqrar sahəyə milyard manata yaxın vəsait xərcləsə də, yenə də xaricdən valyuta ilə ət, taxıl, süd, pendir, yumurta… alır. Səbəb isə çox sadədir: nazirlikdə çalışan sahə mütəxəssislərini barmaqla saymaq olar. Vaxtilə olduqca təcrübəli mütəxəssislər var idi, indi isə onların yerini hansısa vəzifəsinin öhdəsindən gələ bilməyib işdən çıxarılanlar tutub. Bunu redaksiyamıza göndərilən şikayət xarakterli oxucu məktubunda yazırlar. «…İndi elə bir mütəxəssis qalmayıb. Hansına baxırsan, keçmiş icra başçısıdır və beləcə, rayonlarda iş bacarmayanları bu nazirlikdə işə götürərək kabinetləşdiriblər. Məsələn, Göyçayın, Mingəçevirin, Qubanın… keçmiş icra başçısı olmuş Mübariz Ağayev, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov, Cəbrayılın adamdöyən keçmiş icra başçısı Mahmud Quliyev, Laçının keçmiş icra başçısı Akif Səlimov, Salyanın keçmiş icra başçısı Tahir Kərimov… kimi. Onlar yaxşı işləyən olsaydılar, elə öz rayonlarında kənd təsərrüfatında irəliləyişə nail olardılar, taxılın məhsuldarlığını 23-25 sentnerdən 40-50 sentnerə qaldırardılar. Yəqinki yeni nazir İnam Kərimov bu «cərimə batalyonu»nu yeniləyəcək…».
Azərbaycan baş nazirinin müavini Əli Əhmədov bir müddət əvvəl KİV-ə açıqlamasında demişdi: “Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur… Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”.

Bəs Göyçayın keçmiş icra başçısı Mübariz Ağayev Kənd Təsərrüfatı Nazirliyində nə işə baxır?

Yuxarıda qeyd olunan şikayətlə bağlı «Təzadlar» hələ bir müddət əvvəl araşdırma aparmışdı. Məlum olurdu ki, təkcə son 10 ildə Kənd Təsərrüfatı Nazirliyində 20-yə yaxın işdən qalmaqallarla çıxarılmış icra başçıları, həmçinin digər dövlət strukturlarından kənarlaşdırılan şəxsləri işə götürüblər. Onların arasında həm də Göyçayın keçmiş icra başçısı Mübariz Ağayev vardır. 
Bəs Mübariz Ağayev nazirlikdə nə işə baxır? Axı o, ömrü boyu ticarətlə məşğul olub. Məsələyə daha ətraflı aydınlıq gətirməyə çalışdıq və bu və ya digər suallara aydınlıq gətirmək istədik. Çünki bir müddət əvvəl bəzi saytlar belə bir məlumat yaymışdılar ki, guya M.Ağayev nazir müavini təyin olunub. Lakin az sonra bu məlumatın dezinformasiya olduğu, qəsdən yayıldığı məlum olmuşdu. 
Elə bu və ya digər suallara aydınlıq gətirmək üçün Mübariz Ağayevin özü ilə danışmaq istəmişdik. İş telefonu cavab vermədiyindən nazirliyin kommutatoruna zəng vurduq. Xanım kommutator saat 16:09-da zəngimizə cavab olaraq bildirdi ki, «Mübariz Ağayev işdə yoxdur…». Deməli, o, nazirlikdə nə iləsə məşğul olur, maaş alı rvə s. 
Sonra nazirliyin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq. O, bildirdi ki, «Mübariz Ağayev nazirlikdə texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışır».

Ömrü boyu ticarət-iaşə sahəsində işləmiş keçmiş başçı kənd təsərrüfatı sahəsində hansı mütərəqqi yenilik edə bilər?

…Mübariz Ağayevin Vikipediya-da barəsində olan rəsmi məlumatlarla tanış olaq: «…2006-2007-ci illərdə Göyçay RİH-nin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İH-nin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İH-nin başçısı, 2015-2016-cı illərdə isə yenidən Göyçay RİH-nin başçısı vəzifələrində çalışıb. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd İC-də, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib».
Ömrü boyu ticarət və iaşədə çalışmış bir şəxsi birdən-birə strateji sahə olan kənd təsərrüfatı sahəsində necə məsul sahəyə işə götürmək olardı??? 

Mübariz Ağayevin başçısı işlədiyi rayonlarda taxılın məhsuldarlığı da olduqca aşağı olubsa…

«Təzadlar» apardığı araşdırmalarda daha bir maraqlı məsələnin üstünü açdı: Mübariz Ağayev 2006-2007-ci illərdə Göyçay, 2007-2012-ci illərdə Mingəçevir, 2012-2015-ci illərdə Quba və nəhayət, 2015-2016-cı illərdə isə yenidən Göyçay RİH-nin başçısı olub. Dövlət Statistika Komitəsinə istinadla qeyd olunan illər üzrə kənd təsərrüfatı sahələrində iqtisadi göstəriciləri təhlil etdik. Olduqca bədbin göstəricilər mənzərəsi alındı. Mübariz Ağayevin rəhbər vəzifələrdə işlədiyi illərdə həmin rayonlarda bölgə üçün strateji sahə olan taxılçılıqda məhsuldarlıq orta Azərbaycan göstəricisindən yuxarı keçməyib. Niyə? Əgər adi bir rayonda aqrar sahədə ciddi irəliləyişə nail olmayan sabiq başçı indi bu boyda Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifə tutaraq nə iş görə biləcək? Biz hələ onu demirik ki, dövlət qulluğu olan və yalnız işə qəbulun müsabiqə yolu ilə aparıldığı nazirlikdə Mübariz Ağayev və digər sabiqlər hansı metod və şərtlərlə kənardan işə qəbul ediliblər?

İşlədiyi rayonlarda taxılın məhsuldarlığı olduqca aşağı olmuş Mübariz Ağayevə «Şöhrət» ordeni?

Bu hələ harasıdır, məlum olur ki, qalmaqallarla işdən çıxarılan Mübariz Ağayev 2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Axı Mübariz Ağayev sonuncu dəfə 2013-cü ildə Qubada icra başçısı idi və onun 2015-ci ildə oradan necə kənarlaşdırıldığını hamı bilir. Üstəlik, işlədiyi rayonlarda vacib sahə olan taxılçılıqda məhsuldarlığı qaldıra bilməyən başçı hansı xidmətinə görə «Şöhrət» ordeninə layiq görülüb??? Yəqinki bu suala yeni nazir İnam Kərimov da cavab tapmağa çalışacaq…
«Təzadlar» 

Etiket:

Digər xəbərlər

Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az