• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Səttar Mehbalıyevin komitə sədri Hikmət Osmanovdan prezidentə şikayət

12:53 26.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov vətəndaşın Qubadakı qanuni evini və torpağını necə zəbt edib?

Yenixeber.org: Ölkəmizdə məmur özbaşınalığı bitib tükənmək blimir. Məmurlar, sanki insanlara zülm vermək üçün yarışa giriblər. İstirahət və müalicə üçün Avropaya üz tutan və orada bütün demokratik prinsiplərə əməl edən məmurlarımız, öz ölkəmizdə insan hüquqlarına hörmət qoyulması, vətəndaşa dəyər verilməsi məsələsi gələndə özlərini C.Məmmədquluzadənin XIX əsrdə yaşamış personajları kimi aparırlar. Vətəndaşların malını, mülkünü, əmlakını heç bir hüquqi qaydalara, qanunlara məhəl qoymadan, tamah dişlərini qıcayaraq, qamarlayıb mənimsəmək, bu məmurların, sanki şakərinə çevrilib. 

Təəssüflər olsun ki, belə məmurlardan biri də Respublika Həmkarlar İttifaqları Konfederasiyasının komitə sədri, sabiq millət vəkili Hikmət Osmanovdur. Onun məmur özbaşınalığı barədə Sumqayıt şəhəri 1-ci mkr ev 122, mənzil 34-də yaşayan Abıyev Mabil Hikmət oğlunun dövlət başçısına və digər güc strukturlarının rəhbərlərinə, bir surəti də qəzetimizə ünvanlanmış müraciətində geniş bəhs olunur. Deməli, hadisə belə olub. 

Mabil Abıyevin həyat yoldaşı Abıyeva Minarə Ələkbər qızı əslən Quba rayonun Afurca kəndindəndir. Minarə xanımın dayısı Şükürov Nuru Salman oğlu və onun həyat yoldaşı, həm də Minrə xanımın bibisi Şükürova Gülzar Kərəm qızı elə həmin kənddə yaşayıblar, onların övladları olmadığından Minarə Abıyeva hər həftə, ər-arvad olan dayısı və bibisinin yanına gəlir, onların qulluğunda dayanır, həftəlik lazım olam məişət problemlərini həll edib, geri qayıdır. 1988-ci ildə bibisi, 1996-cı ildə dayısı vəfat etmişlər. Onlardan sonra tez-tez də olmasa, ayda bir dəfə doğulduğu kəndə baş çəkib, dayısı və bibisinin sahibısiz qalmış evlərinə və həyətyanı torpaq sahəsinə nəzarət edir. Lakin müəyyən xəstəlik üzündən son illər dayısı və bibisinin evlərinə aylarla gedə bilmir. Afurca kəndindəki həmin evin yaxınlığında isə “Dağ havası” istirahət kompleksi yerləşir. Bəs bunun mətləbə nə dəxli var? Bəli, bəla da elə bundadır ki, həmin istirahət kompleksi yuxarıda adını çəkdiyimiz keçmiş deputat Hikmət Osmanova məxsusdur. Şikayətçinin sözlərinə görə, Hikmət Osmanov başqa istiirahət məkanlarına verilməli olan göndərişləri elə özünün istirahət kompleksinə yazdırır. Çünki sel kimi gələn bu pulu H.Osmanov başqa istirahət məkanlarının rəhbərlərinə etibar etmir. 

Necə deyərlər, kasıbın malı gözünün qabağında gərək. Elə “Dağ havası” istirahət kompleksi də gözünün qabağında olması üçün 2017-ci ildə Minarə Abıyevaya məxsus həmin evi və həyəti zəbt edir. Guya həmin yer sahibsiz olduğundan H.Osmanov “nə yoğurub, nə yapıb, hazırca kökə tapıb”. Ancaq əvvəl bioloq, sonra isə hüquqşünas olan H.Osmanov bilməli idi ki, hər bir qarış yerin də yiyəsi var. M.Abıyeva da hələ sahibsiz qalan dayısının və bibisinin evinə və torpağına 2008-ci ildə Quba rayon Məhkəməsinin qərarı ilə vərəsəlik hüququ qazanıb. Quba rayon Məhkəməsinin 3 iyul 2008-ci il tarixdə hakim Füzuli Pənahovun sədrliyi ilə keçən iclasında belə bir qətnamə qəbul edilib: “İddia təmir edilsin. Abıyeva Minarə Ələkbər qızı tərəfindən Şükürov Nuru Salman oğlunun xüsusi mülkiyyətində olmuş, Quba rayonu Afurca kəndində yerləşən 1965-ci ildə inşa edilmiş 37,2 kvm ümumi sahəsi, o cümlədən 24.2 kvm yaşayış sahəsi və 13.0 kvm yarıdımçı sahəsi olan miras evin qəbul edilməsi faktı təsdiq edilsin və həmin evə 1600 kvm torpaq sahəsi ilə birlikdə vərəsəlik üzrə onun mülkiyyət hüququ tanınsın. Miras evin və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Abıyeva Minarə Ələkbər qızının adına qeydə alınaraq reyestr çıxarışının verilməsi DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsinə həvalə edilsin”. 



Göründüyü kimi, M.Abıyeva məhkəmə qərarı ilə Quba rayon Afurca kəndində olan dayısı ilə bibisinin ev və torpaq sahəsinə tam qanuni yolla vərəsəlik hüququ alıb. Dövlətin adından çıxarılmış bu məhkəmə qətnaməsinə Hikmət Osmanov heç bir məhəl qoymayıb. Elə ona görə də başqasının qanuni evini söküb, yerlə-yeksan edərək onun yerində özünə ev tikmişdr. Sonradan hadisədən xəbər tutan M.Abıyeva və həyat yoldaşı Mabil Abıyev Hikmət Osmanovla görüşərək, evin və torpağın sahibləri olduqlarını sübut edən bütün sənədləri, 2008-ci ildəki məhkəmə qararını, bu qərar əsasında DƏDRX-nın Xaçmaz rayon Ərazi İdarəsindən aldıqları çıxarışı göstəriblər, lakin heç bir faydası olmayıb. 

Baxmayaraq ki, H.Osmanov həmin sənədlərin surətlərini çıxarıb özünə götürüb ki, guya halallıq edəcək. Əslində isə məqsədi başqa imiş. Yuxarıda qeyd etdik axı, H.Osmanovun ikinci ali təhsili hüquqşünasdır. Gözünə döndüyüm bu hüquqşünas, 2008-ci ildə çıxarılmış Quba rayon Məhkəməsinin qərarını heç hüququ olmadan saf-çürük etməyə başlamışdır. Onu da diqqətə çatdıraq ki, H.Osmanovun həm Bakıdakı mənzili, həm Qubadakı “Dağ havası” istirahət kompleksi, həm də Minarə Abıyevaya məxsus torpaq sahəsində tikdiyi ev doğma əmisi oğlu Murad Osmanovun adına sənədləşdirilib. Murad Osmanov isə Quba rayonunun mərkəzində xırda ticarətlə məşğuldur. Ona görə də haqlı sual yaranır. Kiçik ticarətlə məşğul olan bir adam milyonlarla dəyəri olan obyektləri necə əldə edə bilər? 

Bu yerdə yaxşı olar ki, həmin problemdən xəbər tutan və belə məsələlədə qanunun bütün gücündən istifadə edərək, vətəndaşlara hüquqi yardım göstərən İctimai Nəzarər Koalisiyasının sədri Rasim Məmmədovu dinləyək. R.Məmmədov Mabil Abıyevin onlara da etdiyi müraciətindən sonra birbaşa şikayətçi ilə Quba rayonunun Afurca kəndinə getmiş, hadisəni öz gözü ilə görmüş və reportyor qrupu da onları video lentə köçürərək artıq sosial şəbəkədə yaymışdır. Çəkilən şəkildən və video lentdən də görünür ki, Mabil Avıyevin həyat yoldaşı Minarə Abıyevaya məxsus ev yerində yoxdur və onun yerində tam yeni bir ev tikilib. Rasim Məmmədovun dedikləri: “Bu, dəhşətdir, bir dövlət məmuru belə qanunsuzluğa yol verirsə, buna nə ad vermək olar? Mən həmin ərazini tam müşahidə etdim, Minarə xanımın evi və həyəti Hikmət Osmanova məxsus “Dağ havası” istirahət kompleksinə çox yaxındır, bu səbəbdən də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında komitə sədri işləyən Hikmət Osmanov vəzifəsindən və tutduğu mövqeyindən sui-istifadə edərək vətəndaşın qanuni evini və torpağını zəbt etmişdir. 

Mən Hikmət Osmanovla əlaqə saxladım və bildirdim ki, belə hərəkət dövlət məmuruna yaraşmaz. Xahiş etdim ki, evin sahibi olan insanlarla heç olmasa halallıq etsin. Əvvəlcə razılaşdı, Mabil Abıyev onunla görüşdü, evin və torpağın əvəzinə məyyən məbləğ verməyə razılaşdı. Lakin danışıqda nəzərdə tutulan məbləğin çox cüzi hissəsini ödədikdən sonra danışıqdan boyun qaçırdı. M.Abıyev də öz qanuni evinə və torpaq sahəsinə yenidən sahib olmaq üçün dövlət orqanlarına şikayət məktubları yazıb. Mən sonradan dəfələrlə Hikmət Osmanova zəng vursam da, artıq o, mənim nömrəmi tanıdığından telefonu açmır. Bir dövlət məmurunun belə qanunsuzluğa getməsi olduqca utancvericidir. H.Osmanovun bu addımı vətəndaşları qəsdən dövlətdən narazı salmağa yönəlib. Hələ ən maraqlısı odur ki, ondan şikayət etdiyinə görə Mabil Abıyevi məhkəməyə verib. Səbəb də onu göstərib ki, bütün bu evlər və istirahət kompleksi onun yox, əmisi oğlu Murad Osmanovundur. Bu səbəbdən də “yalan məlumatların yayılmasına” görə onun işgüzar nüfuzuna ziyan dəyib, həmçinin şərəf və ləyaqəti alçaldılıb. Ona görə də M.Abıyevdən məhkəmə yolu ilə 100 min manat təzminat almaq məqsədilə Sumqayıt şəhər Məhkəməsində iddia qaldırmışdır. Bu, olduqca bir absurd iddiadır. Belə çıxır ki, vətəndaş qanunsuzluğa yol verən məmur barədə dövlət başçısına çikayət edə bilməz. Biz bu məsələnin sonuna qədər gedəcəyik və dövlət başçısının diqqətinə özbaşınalıq edən məmur barədə bütün faktları çatdıracağıq və Hikmət Osmanovun cəzalandırılmasına nail olacağıq”. 

Rasim Məmmədovun bu çıxışından sonra Mabil Abıyevin ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya və digər güc strukturlarının rəhbərlərinə qəzetimiz vasitəsilə ünvanladığı müraciətdən sitat gətirməyimiz inanıram ki, lap yerinə düşər:

“Hörmətli cənab Prezident!

...Dağ havası” İstirahət kompleksinin ərazisi ilə həyat yoldaşıma məxsus torpaq sahəsinin arasında olan və Quba rayon Bələdiyyəsinə məxsus kənd təsərrufatlı təyinatlı torpaq sahəsi həmin kompleksin sahibinə satılmışdır. Satılmış torpaq sahəsində tikinti aparan istirahət kompleksinin rəhbərliyi bizim oraya gec-gec gedib gəldiyimizə görə, sahibsiz olmasmdan istifadə edərək, həmin torpaq sahəsini zəbt etmiş və orada olan evi söküb, yerində yeni tikililər tikmişdir. Eyni zamanda 10-dan artıq bar verən ağaclar kəsilmiş və nəticədə indiki bazar qiymətilə ümumilikdə 50.000 manata yaxm maddi ziyan vurulmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının müvafiq sərəncamına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintilərin aparılması qəti qadağandır. Bütün vətəndaşlar qanun qarşısında eynidir. Yəqin görünür bu qanun “Dağ havası” istirahət mərkəzinin rəhbərliyinə aid deyil. Xahiş edirik bu məqama xüsusi diqqət yetirəsiniz.

Mən Hikmət Osmanovla telefon əlaqəsi yaratmış və sökülmüş mülkün bizə məxsus olduğunu bildirmişəm. Hikmət Osmanov cavabında bildirmişdir ki, torpağımıza dair sənədlərlə tanışdır və təəccübünü gizlətməyərək əlavə etmişdir ki, “sizdə bu qanuni sənədlər ola-ola bunlar (qonşunu nəzərdə tutur) bu torpağı mənə necə satmışlar?” Telefon danışığının sonunda H.Osmanov bu anlaşılmazlığı müzakirə etmək üçün məni özünün Bakı şəhərində AHİK-in binasında yerləşən iş otağına dəvət etmişdir. 2017-ci ilin oktyabr aymda mən Hikmət Osmanovla sonuncunun iş otağında görüşmüş, mülkün və torpaq sahəsinin həyat yoldaşıma məxsus olmasını sübut edən sənədləri yenidən ona təqdim etmişəm. H.Osmanov həmin sənədlərdən bir neçəsinin surətini çıxarıb özündə saxlamışdır. Mən ondan bu qanunsuz hərəkətinə görə bizə məxsus mülkün bərpa edilməsi və ya dəymiş maddi ziyanın ödənilməsini təklif etmişəm. Hikmət Osmanov məndən bu maddi ziyana görə nə qədər məbləğ istədiyini soruşmuş, mən isə ona vurulmuş ziyanın məbləğinin təxminən 50.000 manata yaxın olduğunu demişəm. Hikmət Osmanov bu məbləğin onu qane etmədiyini bildirmişdir. Belə olan vəziyyətdə mən, sahibi olduğum mülkün bərpa edilməsini tələb etmiş və cavabmda H.Osmanov “Azərbaycanda mənim tikdiyimi heç kəs sökə bilməz, get kimə şikayət edirsən et!” deyərək danışıqdan imtina etmişdir...”.

Müraciətdən göründüyü kimi Hikmət Osmanov dövləti təmsil edən bir məmur olaraq yox, “razborka” aparan “vor zakon” kimi hərəkət edir. “Azərbaycanda mənim tikdiyimi heç kəs sökə bilməz, get kimə şikayət edirsən, et!”, “Sənə bir qəpik də verməyəcəm, üstəlik torpağını da əlindən alacağam” kimi sözləri kim deyə bilər? 

Mövzunu diqqətdə saxlayacağıq.

Etiket:

Digər xəbərlər

Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az