Azərbaycanlı fotomodel Leyla Həsənova Türkiyə mətbuatına müsahibə verib.
Həmyerlimiz həkim olması üçün israr edən ailəsinin yanından ayrıldığını və modellik etməyə qərar verdiyini söyləyib.
Türkiyə mətbuatı yazır ki, Həsənova aktyorluq təhsili ala bilmək üçün Türkiyəyə gəlib.
“Anam və qardaşlarım həkimdir. Mənim də həkim olmağımı istəyirdilər. Ancaq Azərbaycandakı məktəbimi yarımçıq qoydum, KKTC-də təhsil aldım. Ölkəmdə bir müddət modellik etdim və kliplərdə rol aldım. Ancaq artıq Türkiyədə yaşayıb, burada kariyeramı qurmaq istəyirəm”,- deyə model bildirib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...