• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Keçmiş işçisindən “bp – Azərbaycan”a dəhşətli ittihamlar – Video

15:47 14.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Şirkət isə iddiaları əsassız sayır

“bp – Azərbaycan” şirkətinin sabiq işçisi Aslan Aslanov redaksiyamıza gələrək şikayətlənib. Şikayətçi bildirib ki, öz hüquqlarını tələb etdiyi üçün qərəzli şəkildə işdən çıxarılıb. Onun sözlərinə görə, 26 yanvar 2009-cu ildən 4 aprel 2018-ci il tarixədək “bp Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycandakı Nümayəndəliyində davamlı işləməklə bu şirkətlə əmək münasibətlərində olub:

“Bu müddətdə cavabdeh müəssisədə ixtisas və peşəmlə əlaqədar müxtəlif vəzifələrdə işləmişəm və həm Neft-Qaz Hasilatı və Mühəndisi biliklərə və təcrübələrə sahib olmuşam. Şirkətlə əmək münasibətlərində olduğum 9 ildə əmək müqaviləsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan qaydada əmək funksiyalarımı yerinə yetirmişəm və müqavilədə hətta olmayan daha yüksək ödəniş dərəcəli mühəndislərin vəzifə və funksiyalarını bp-nin tapşırığı ilə illər boyu yerinə yetirmək məcburiyyətində qalmışam, layiqincə də yerinə yetirmişəm, işimlə əlaqədar heç vaxt mənə irad tutulmayıb. Hesab edirəm ki, cavabdeh şirkətin Sualtı Əməliyyatlar İdarəsində mən istisna olmaqla, heç bir yerli, azərbaycanlı işçilərin sayı azaldılmayıb və ştatlar ixtisar edilmədiyi halda mənim ixtisara düşməyim, işdən azad edilməyim açıq-aşkar qərəzlidir”.

Şikayətçi qeyd edib ki, onun işdən azad edilməsinin əslində başqa səbəbləri var: “Son illər ərzində şirkət daxilində texniki işçilərin, o cümlədən mühəndis və rəhbər vəzifələri tutan əcnəbi bp işçilərin milli kadrlarla əvəzlənməsi planı və şirkətin ”Sualtı Neft- Qaz Əməliyyatları İdarəsi”ndə yerinə yetirilməyib. Əksinə, ildən-ilə bu vəzifələrdə əcnəbi mütəxəssislər işə alınıb. Maraqlıdır ki, əcnəbi kadrların aldığı aylıq maaş milli kadrların maaşından dəfələrlə çoxdur. Bundan başqa, mən işçi olaraq dəfələrlə Əmək Məcəlləsinin tələblərinin şirkətin həm kadrlar İdarəsinin işçiləri, həm də rəhbər vəzifə tutan şəxsləri tərəfindən pozulmasını və işçilərlə işəgötürən arasında imzalanan əmək müqavilələrinin hamısının Azərbaycanın Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdirilməsini müəyyən etmişəm.

Bu qanun pozuntuları ilə bağlı bp-nin icraçı direktoru Robert Dadli və bp-nin Apstrim üzrə vitse-prezidenti Bernard Loniyə də müraciət etmişəm. Buna görə 2015-ci il tarixdən başlayaraq, rəhbər vəzifə tutan əcnəbi menecer – Nil Kitney (İngiltərə vətəndaşı) və o cümlədən İnsan Resursları İdarəsinin məsləhətçi vəzifələrini daşıyan işçilərinin təzyiqlərinə məruz qalmışam. Bu təzyiqlər nəticəsinə dərin psixoloji sarsıntı keçirərək, bp-nin Tibbi Sığorta Planı xətti ilə dəfələrlə həkimlərin müayinəsindən keçmişəm və mənə “obsessiv-kompulsiv pozuntu” diaqnozu qoyulub”.

Şikayətçi bildirir ki, rəhbərliyə ünvanlandığı şikayətlərə görə bp-nin Dəniz Əməliyyatları üzrə vitse-prezidenti Elxan Mamedov tərəfindən kollektivin gözü qarşısında təhqir olunub: “Buna görə də Nəsimi Rayon Məhkəməsinə şikayət etmişəm. Bu dövrdə şirkətin prezidentinə də şirkət daxilində işçilərin hüquqlarının pozulması ilə bağlı dəfələrlə müraciət etmişəm. Nəticədə əsəb pozğunluğu keçirmişəm. Beləliklə, məhkəməyə müraciət etdiyim üçün 4 aprel tarixində işimdən azad olunmuşam. Yenidən məhkəməyə müraciət edərək işimə bərpa olunmam və 4 aprel tarixindən işə bərpa olunan günə qədər hər ay üçün 3715 AZN məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının və 500 000 AZN məbləğində maddi və mənəvi ziyanın tutulması barədə və işə bərpa olunacağım təqdirdə, şirkətdə davamlı işləmə müddətimin əvvəlki qaydada 26 yanvar 2009-cu il tarixdən hesablanması barədə şirkətin üzərinə öhdəlik qoyulmasını tələb etmişəm”.

Şikayətçi aidiyyəti qurumlardan bu məsələ ilə bağlı ona köməklik göstərməsini istəyib.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətdən göndərilən yazılı cavabda deyilr ki, şikayətçi Aslan Aslanov Əmək Məcəlləsinin 11-ci maddəsinə müvafiq olaraq şirkətin biznesinin daha səmərəli icra və idarə olunması məqsədilə aparılan struktur dəyişikliyi nəticəsində bir neçə digər vəzifə ilə yanaşı bp-nin keçmiş əməkdaşı kimi onun da tutduğu vəzifə ləğv olunub: “Bu səbəbdən Aslan Aslanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ixtisar haqqında xəbərdarlıq bildirişi təqdim edilməklə və müvafiq ixtisar ödənişləri verilməklə ixtisar edilib. Qaldırdığınız digər məsələlərlə bağlı bildiririk ki, şirkətin Azərbaycan hökuməti ilə imzaladığı hasilatın pay bölgüsü haqqında sazişlərə uyğun olaraq, Azərbaycanda işçilərimizin əksəriyyətini – 89 faizini Azərbaycan vətəndaşları təşkil edir. Şirkətin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz etməkdə davam edəcək. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. Bundan əlavə, bir sıra azərbaycanlı kadrlar bp-nin dünya üzrə biznesində çox yüksək beynəlxalq vəzifələrdə çalışırlar.

Elə bu həftə daha bir azərbaycanlı mütəxəssis bp-nin Avstraliyadakı bütün hasilat və kəşfiyyat biznesi üzrə rəhbər vəzifəyə təyin olunub. Həmçinin şirkət təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrların yetişdirilməsi məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak edir. BP şirkətinin iş mühiti qarşılıqlı hörmət və inam əsasında qurulub və burada bütün işçilərlə heç bir ayrı-seçkilik olmadan və şirkətin Davranış Kodeksinin əsaslarına uyğun olaraq ədalətlə, hörmətlə və ləyaqətlə rəftar olunur. Biz çalışdığımız ölkəyə və onun qanunvericiliyinə hörmət edirik. BP şirkəti ən yüksək etik standartlara sadiq qalır və etibarlı tərəfdaş olmağa çalışır”.(musavat.com)




Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az