• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Müstəntiq Ohanesyan “Dobromed” klinikasının cərrahı Elçin Məmmədovu axtarır

15:19 04.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin bir neçə qadının ölümündə ittiham edilən və beynəlxalq axtarışa verilən azərbaycanlı plastik cərrah Elçin Məmmədovun işi üzrə istintaqı erməni müstəntiq Harri Ohanesyana tapşırıb

Virtualaz.org xəbər verir ki, bu barədə Harri Ohanesyan özü “Komsomolskaya Pravda”ya bildirib.

Elçin Məmmədov Rusiyada çənə-üz cərrahiyəsi üzrə sertifikat alıb, Moskvadakı klinikalarda plastik cərrah kimi işləyib. Əslində isə Azərbaycanda Tibb Universitetini pediatr ixtisası üzrə bitirib və cərrah deyil.

Elçin Məmmədov Rusiya prezidentinin tabeçiliyində olan “Volınskiy” xəstəxanasında da çalışıb. Rusiya hüquq-mühafizə orqanlarının istintaq materiallarına əsasən Məmmədov tibbi təhsil haqda sənədləri elə məharətlə saxtalaşdırıb ki, ona hətta Rusiyada estetik cərrah sertifikatı da verilib. Ona qarşı irəli sürülən iddialar bir müddət Rusiya məhkəmələrində araşdırılıb və barəsində dələduzluq və insan ölümündə günahlandırma maddələr ilə qiyabi həbs qərarı verilib.  İstintaq materiallarına əsasən Məmmədovun cərrahlıq fəaliyyətindən bir neçə qadın zərər çəkib, biri ölüb. Barəsində həbs qətimkan qərarı verilərkən o artıq Rusiyanı tərk etmişdi.



Rusiya hüquq-mühafizə orqanları “qəssab” ləqəbi verdikləri Məmmədovun  əvvəlcə Avropa ölkələrindən birinə getdiyini bildiriblər. Lakin daha sonra onun Azərbaycanda olduğu, hətta klinikalardan birində işlədiyi üzə çıxıb. Bir neçə əvvəl bu qalmaqal Rusiya mətbuatında qaldırılanda E.Məmmədov Azərbaycan telekanallarının efirinə çıxaraq barəsində irəli sürülən ittihamların əsassız olduğunu, qadının ölümündə rolunun olmadığını bildirmişdi.

“Məmmədovun vəkilləri məni və Rusiyanın ekspertiza təsisatlarını məhkəməyə veriblər. Məsələ bundadır ki, Məmmədovun həm Rusiya, həm Azərbaycan vətəndaşlığı var. Azərbaycan tərəfi onu bizə verməkdən imtina edib, təklif ediblər ki, cinayət işini onlara verək. Azərbaycan mətbuatında isə yazıblar ki, Məmmədovun işini Rusiyada erməni araşdırır və o, milli zəmində təqib olunur”-Harri Ohanesyan “Komsomolskaya Pravda”ya bildirib.

Müstəntiq deyib ki, Elçin Məmmədov Azərbaycanın hüdudlarını tərk edən kimi İnterpol tərəfindən saxlanılacaq. Onun Rusiyada plastik cərrah kimi işləməsinə şərait yaradan vəzifəli şəxslər də cəzalandırılacaq.

“Komsomolskaya Pravda”nın Elçin Məmmədovun əməlləri ilə bağlı geniş reportajında deyilir ki, bir vaxtlar Rusiya telekanallarında ulduz olan Məmmədov 2012-ci ilə qədər Moskvanın elit rayonlarından birində-Miçurinsk prospektində və Novıe Sadı küçəsində iki klinika açıb. Onun “Lüks MKlinik” adlı estetik klinikaları hələ də işləyir.



Anna Spitsina

Jurnalist sifətini tanınmaz dərəcədə dəyişmək istəyən pasiyent adı altında Miçurinsk küçəsində, varlıların yaşadığı binada yerləşən “Luks MKlinik”ə gedib. İnzibatçı Natalya ona bildirib ki, əvvəlcə konsultasiya üçün həkimin qəbuluna yazılmaq lazımdır. Əməliyyatı isə o biri klinikada edirlər.

“Əvvəlcə ora getmək lazımdır, gərək müzakirə edəsiniz ki, sizə sifətinizi necə dəyişmək lazımdır. İstənilən halda pasportunuzu dəyişməli olacaqsınız, çünki sizi yeni sifətlə aeroporta buraxmazlar”-inzibatçı deyib.

İnzibatçı “pasiyentə” deyib ki, əməliyyatı onların aparıcı plastik cərrahı Məmmədov edəcək. -Hansı Məmmədov, Elçin Məmmədov?-jurnalist soruşub.

-Yox, Rusif. Elçin Bakıda işləyir, Rusif onun qardaşıdır.

-Bəs Bakıda necə, əməliyyat olunmaq mümkündür?

-Bəli, buyurun, inzibatçı Kristinanın nömrəsidir. Zəng vurun, sizi Elçinlə calaşdıracaq.

-Bəs hansı Məmmədova əməliyyat etdirsəm yaxşıdır?

-Hər ikisi güclü mütəxəssisdir, çoxdandır işləyirlər.

-Bəs sizdə reanimasiya şöbəsi yoxdur, birdən nəsə oldu?

-Narahat olmağa dəyməz, bizdə həkim-reanimatoloq var, üstəlik əməliyyatdan qabaq analizlər götürülür.

Müxbir həmin Kristina ilə əlaqə saxlayıb, məlum olub ki, Bakıda Elçin Məmmədova burunun formasını dəyişdirmək istəyənlər 350 min rubldan keçməlidir. Sifətin dartılması 150 min, dodaqların və yanaqların şişirdilməsi 200 min rubldur.



10 il bundan qabaq özünü Məmmədovun bıçağının altına yıxıb burnunun formasını dəyişdirmək istəyən moskvalı Anna Spitsina isə hələ də komadadır. İndi onun 44 yaşı var, qidanı qadına şprislə yeridirlər. Əri Kirill Spitsin deyir ki, 2009-cu ildə Məmmədov işi ört-basdır etmək üçün ona 200 min dollar təklif etmişdi. “Dedi pulu götürməsən başqa yerdə həvəslə götürəcəklər. Elə də oldu. Ertəsi gün müstəntiq yeni ekspertiza təyin etdi və ekspertiza rəyi kökündən dəyişdi. Nəticədə günah anestezioloqun üstündə qaldı”-o deyir.

İstintaq materiallarına əsasən cərrahiyyə əməliyyatı zamanı anestezioloq Andrey Yesakov Məmmədovun göstərişi ilə qadının təzyiqini minimal həddə-50/30-a qədər endirib. Bu, həkimə əməliyyatı asan və tez etmək üçün lazım idi. Məmmədovun metodu belədir ki, pasiyentin təzyiqini kəskin aşağı salsın və nəticədə yara az qanasın. Lakin Annanın beyni uzun müddət qanla qidalanmadığından o beyin ölümü keçirib və komaya düşüb.

Elçin Məmmədov hazırda Bakıdakı “Dobromed” klinikasında plastik cərrah işləyir və Rusiyadakı qalmaqala, beynəlxalq axtarışa verilməsinə baxmayaraq pasiyentlər sarıdan korluq çəkmir...

Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az