Bakıda naməlum avtomobil Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin daha bir işçisini vurub öldürüb
Virtualaz.org xəbər verir ki, hadisənin fotosu sosial şəbəkələrdə yayılıb. Hadisəni törədən avtomobil və sürücü ilə bağlı heç bir məlumat verilmir.
Fotodan görünür ki, hadisə Sabunçu rayonunda, Heydər Əliyev prospektində yerləşən Sabunçu körpüsünün üzərində baş verib.
Xatırladaq ki, daha əvvəl də süpürgəçilərin yol süpürərkən avtomobillə vurulub öldürülmə hallarına təsadüf edilib. Bu isə ondan irəli gəlir ki, həmin işçilər həyatlarını riskə ataraq sürət həddi 120 km saat müəyyən edilən yolları təmizləməyə məcbur edilirlər. Əslində belə yollar dünyanın əksər ölkələrində xüsusi texnika ilə təmizlənir.
MilliYol.Az
Digər xəbərlər
loading...