• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Səlim Müslümov: “İki ayda 27530 nəfər işlə təmin olunub”

13:17 14.03.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinə və “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təlim səfərlərinin nəticələrinə dair “Məlumat mübadiləsi saatı” keçirilib

Nazirlikdən verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılmasının Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğunu vurğulayıb:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də aktiv məşğulluq tədbirləri ildən-ilə gücləndirilir. Bu tədbirlərin davamı olaraq, cari ilin yanvar-fevral aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə 27 530 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub. Həmçinin Nazirlik tərəfindən 473 nəfər (Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 443 nəfər, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 30 nəfər) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Həmçinin son iki ayda 28 419 nəfər gənc əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimlərinə köməklik göstərilməsi üçün peşəyönümü tədbirlərinə cəlb edilib”.

Nazir diqqətə çatdırıb ki, aztəminatlı ailələrin yoxsulluqdan çıxışına və kiçik ailə biznesinə keçidinə imkan verən özünüməşğulluq proqramının icrası işləri də bu il daha geniş müstəvidə davam etdirilir:

“Cari ildə proqramda iştirak etmək üçün müraciət edən, özünüməşğulluq fəaliyyəti üçün müvafiq potensialları olan şəxslərdən artıq 2 min nəfərə yaxını kiçik biznesin təşkili və idarə olunması üzrə zəruri biliklərə yiyələnmələri məqsədilə təlim kurslarına cəlb olunublar. Bu kursların təşkili işləri davam edəcəkdir. Kursları bitirənlərdən qiymətləndirmə əsasında uğurlu biznes-planlara malik olanlar müəyyən edilməklə onlar kiçik ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar. İl ərzində proqram çərçivəsində 6-7 min kiçik ailə təsərrüfatının yaradılması planlaşdırılıb”.

S.Müslümov aktiv məşğulluq tədbirlərinin təşkilində beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan layihələrin də əhəmiyyətini vurğulayıb:

“Məlum olduğu kimi, gənclərin əmək bazarına inteqrasiyasında onların müasir iş axtarışı bacarıqlarına malik olmaları vacib amillərdən biridir. BMT İnkişaf Proqramı ilə birgə icra etdiyimiz “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi bu sahədə fəal dəstək rolunu oynayır. Layihə ilk dəfə işaxtaran ali təhsilli gənclərə qabaqcıl beynəlxalq təcrübədən irəli gələn SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə sınanmış iş axtarışı bacarıqlarının aşılanması məqsədinə xidmət edir. Bu layihə çərçivəsində ötən dövrdə Bakı, Sumqayıt, Masallı və Gəncə şəhərlərində fəaliyyət göstərən SYSLAB Təlim Mərkəzlərində ümumilikdə 640 nəfər gənc təlimlərə cəlb olunub və öyrədilən müasir iş axtarışı bacarıqları sayəsində onlardan 85 faizi müxtəlif müəssisələrdə münasib iş yeri ilə təmin ediliblər. Bu ilin əvvəlindən qeyd olunan layihənin müddəti uzadılıb, Masallı və Gəncə şəhərlərində SYSLAB Təlim Mərkəzləri fəaliyyətini davam etdirir, digər bir sıra regionlarda da belə Mərkəzlərin təşkili nəzərdə tutulur”.

Ümumilikdə gənclərin məşğulluğunun təminatının diqqətdə saxlandığını qeyd edən S.Müslümov ötən il və cari ilin iki ayında nazirliyin xətti ilə münasib işlərlə təmin olunanlardan 33,3 faizinin, peşə hazırlığı təşkil olunanlardan 60 faizə yaxın hissəsinin gənclər olduqlarını bildirib:

“Eyni zamanda, keçən il özünüməşğulluq proqramında iştirak edənlərin 303 nəfərini və ya 25,2 faizini gənclər təşkil edib. Bu il də proqram iştirakçılarından təqribən 30 faizinin gənclərdən ibarət olması nəzərdə tutulub”.

Nazir bildirib ki, son illərdə aparılan islahatların əsas hədəflərindən biri də dövlət məşğulluq xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsi, bu xidmətlərin müasir dünya praktikasında mövcud olan modern üsullar əsasında qurulmaqla səmərəliliyinin və əmək bazarında rolunun artırılmasıdır: “Bu sahədə “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi xüsusi önəm kəsb edir. Qeyd olunan məqsədə nail olunmasında, məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün institusional əsasların formalaşdırılmasında bu layihə öz dəstəyini göstərir. Həmin layihə eyni zamanda müvafiq sahədə qabaqcıl Avropa təcrübəsi ilə yaxından tanışlığa, bununla bağlı təlim səfərlərinin təşkilinə də imkan yaradıb. Bu günlərdə layihə çərçivəsində nazirliyin əməkdaşlarının Litva, Avstriya və İsveçə də təlim səfərləri həyata keçirilib”.

S.Müslümov hazırda keçirilən bu tədbirin həm “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə aparılan işlər və gələcək hədəflər, həm də qeyd olunan tvinninq layihəsi üzrə təlim səfərlərinin yekunları, səfərlər zamanı əldə olunan təcrübələr barədə məlumat mübadiləsinə imkan verdiyini qeyd edib.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakasetti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə görülən işlərə dair təqdimatla çıxış edib. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva nazirliyin nümayəndələrinin “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində Litva, Avstriya və İsveçə təlim səfərlərinin nəticələri, həmin ölkələrdə həyata keçirilən məşğulluq siyasəti və xidmətləri barədə məlumat verib.

Təqdim olunan məlumatlar əsasında müzakirələr aparılıb.


MilliYol.Az

Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az