• Xəbər lentİ
Fləş

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Müəllimlərin işə qəbul olunması ilə bağlı qalmaqal

22:05 01.08.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Ölkənin dörd yanından Təhsil Nazirliyinə kütləvi şikayətlər ünvanlandı Müsabiqə iştirakçıları məktəblərdə vakant yerlərin gizlədildiyini, direktor tərəfindən satıldığını iddia edirlər.

İyulun 22-dən Azərbaycanın ümumtəhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanılıb. Namizədlərə ixtisaslarına uyğun olaraq məktəblərin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. 

Təhsil Nazirliyindən mətbuata verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir. Müraciət edənlərdən 31 779 nəfərinin elektron ərizəsi təsdiq edilib. Hazırda respublikanın ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb. Bu rəqəm müraciət edən müəllimlərin sayından təqribən 9 dəfə az yer deməkdir. İmtahanların bitməsinə 1 gün qalmış isə namizədlər Bizimyol.info-ya müraciət edərək şikayətlərini bildiriblər. 

İyulun 26-da imtahan vermiş Bakı sakini, Azərbaycan dili və ədəbiyyat müəllimi olan F.Əsgərov deyir ki, əsas məsələ vakant yerlərin yoxluğundadır. Məsələn, bu il Bakı şəhərində dil-ədəbiyyat üçün 2-3 yer ayrılıb. Bunun əsas səbəbi məktəb direktorlarının boş yerləri Təhsil Nazirliyinə göndərməməsidir. Çünki direktorlar pul alıb özləri müəllimləri işə götürür. Bu səbəbdən mənim kimi neçə gənc müəllim kənarda qalır. Qəzetiniz vasitəsi ilə təhsil naziri Mikayıl Cabbarov cənablarına səslənmək istəyirəm ki, bu məsələlərlə şəxsən özü maraqlansın. Yaşadığım qəsəbədəki məktəbdə hal-hazırda boş yer olduğunu bilirəm. Ancaq direktor bunu nazirliyə təqdim etmir”.

Zaqatala rayonunda yaşayan Azərbaycan dili-ədəbiyyat müəllimi Vüsalə Bədəlova deyir ki, gənc müəllimlər olaraq Təhsil Nazirliyindən vakant yerlərin məktəb direktorları və rayon təhsil şöbələri tərəfindən gizlədilməsinə mane olmalarını xahiş edirlər: “Hər il minlərlə tələbə "müəllim" adını qazanır. Hər birimiz əziýyətlə təhsilimizi başa vururuq, müəllimlərin işə qəbul imtahanında iştirak edirik, yüksək nəticə göstəririrk, lakin ixtisasımıza uyğun iş yeri ilə təmin olunmuruq. Çünki verilmiş vakant yerlər çox azdır. Vakant yerlər  direktorlar və ya  rayon təhsil şöbələri tərəfindən gizlədilir. Bizim haqqımız olan yerlərə savadsız, işini, ixtisasını bilməyənlər işə götürülür. Biz Təhsil  Nazirliyindən xahiş edirik ki, vakant yerlərin gizlədilməsini aşkar etsinlər və həmin yerləri "vakant yer seçimi"nə buraxsınlar. İmtahanda 70-80% nəticə göstərən müəllimlərin işsiz qalması və bunun əvəzində savadsız, imtahan verməyən kadrların hansısa yolla işə qəbul olunması nə dərəcədə doğru addımdır?! Ümid edirik, təhsilin, millətin gələcəyini düşünən  bir şəxs kimi  bizim şikayətlərimizi qəbul edər və müəyyən tədbirlər görərsiz. Bizlər pedoqoji qabiliyyətimizə və savadımıza güvənib imtahan vermişik və boş yerlərin vakansiyaya çıxarılmasını tələb edirik!”

V.Bədəlova deyir ki, Zaqatalada iki ildir imtahan verməsinə baxmayaraq rayona vakant yer verilmir. Xanım isə belə böyük bir rayonda nəyə görə Azərbaycan dili-ədəbiyyat müəlliminə ehtiyac olmadığını sorğulayır: “Sentyabr gəldikdə məktəblərdə yeni “müəllimlər” peyda olur. Əgər həmin yer vakansiya olaraq göstərilməyibsə, necə o məllimlər işləyə bilir? Bu boyda respublikada dil-ədəbiyyat müəllimləri üçün cəmi 160 yer ayrılıb. Necə ola bilər bu? Təhsil Nazirliyi müəllimlik fakultəsindən məzun etdiyi tələbələrin sayı ilə bu rəqəmi müqayisə etsin zəhmət olmasa. Lap tutaq ki, öz rayonumuzda yer yoxdur. Yazdıq başqa rayonu. Evlə təmin etmirlər. Özümüz ev tapmalıyıq. Tətbiq edilən həvəsləndirmə tədbirindən də vergi tutulut. Maaşımızla özümüzü zorla dolandıra bilərik, ütəgəl də evimizdən, ailəmizdən ayrı qalacağıq. Həm də H1-H2 ilə verilən yerlər çox şəraitsiz, yaşayışı çətin olan yerlərdir.  Mən oraları aşağılamıram. Sadəcə təkbaşına bir qız gedib elə yerdə necə qalsın, heç düşünmürlər”. 

Gəncə şəhərində yaşayan Azərbaycan dili-ədəbiyyat müəlliməsi Nərmin Mehdiyeva də deyir ki, problem yaşadıqları  bölgələrdə məktəblərdə vakansiyaların gizlədilməsidir: “Belə ki, Gəncə kimi böyük şəhərdə mənim ixtisasım olan Azərbaycan dili və ədəbiyyat üzrə bir vakansiya belə verilməyib. Mən imtahanda 85% nəticə göstərdiyim halda işsiz qalmalı olacam. Öz oxuduğum məktəbdə bu il 3 müəllim təqaüd yaşı çatdığı üçün işdən çıxarılacaqdı. Ümidlə həmin yerləri gözləyirdim. Təəssüf ki, heç birini də çıxarmadılar. Bunu mənə həmin məktəbin əvvəlki direktor müavini dedi. Mən də dedim ki, inşallah ,imtahanda yaxşı bal toplayıb yazacam. O isə cavabında əvvəl «gəl direktorla danış, pulsuz vakansiyaya çıxarmayacaq dedi. Mənin də maddi imkanım olmadığı üçün gedə bilmədim». Bundan başqa Gəncə şəhərində Gülüstan qəsəbəsində (Kəlbəcər məktəbi) şəhər üçün keçid balını keçməmiş bir müəllimin işə düzəldilməsi barədə faktı dəqiq bilirəm. Sadəcə olaraq hələ seçim turunun başlanmasını gözləyirlər. Bizə o maraqlıdır ki, deməli yer varmış”.

Şabran rayonundan olan Zülfiyyə Eyvazova deyir ki, elə rayonlar var ki, vakansiya vermir: “Misal üçün, Şabran rayonu Xəlfələr kəndində bir yer vakansiya verib. Hansı ki, Şabran rayon və ona yaxın rayonda dil ədəbiyyat müəllimliyi üzrə bütün müəllimlər kəndlər üzrə miniumum keçidi - 36 balı keçənlər hamsı gözünü o kənddəki bircə yerə dikib. Halbuki bir nəfər işləməlidir. Bəs bizim 36 balı toplayib keçid balı keçənlərin aqibəti necə olsun? Mən iki ildir ki, imtahan verirəm, keçirəm. Nəticə eynidir - düşmürəm, vakansiya yoxdur. Eyni hal Qusar rayonuna da aiddir. Bu il orda da vakansiya yoxdur. O boyda rayon kəndləri vakansiya vermir. Belə olan halda biz müəllimlər nə edək? Çarə deyin…!»

Xəyalə Abbasova deyir ki, o bu il Qusardan imtahan verib. Ancaq orada da dil-ədəbiyyat müəllimliyi ixtisası üzrə bircə yer belə yoxdur: “Elə kəndlərimiz var ki, orada bu ixtisas üzrə müəllimə ehtiyac var. Mən də bu il imtahan verib, keçid balını keçmişəm. Ancaq ətraf rayonları yazmağa məcburam. Məsələ ilə bağlı bütün rayonlarda ciddi araşdırmalar aparılsa, yaxşı olardı. Çox vaxt məktəb direktorları şagirdlərin dil-ədəbiyyat fənni üzrə biliklərinin zəif olduğunu deyirlər. Xüsusi ilə bizdə belədir. Məktəblərimizdə ali savadlı gənc kadrlar olduqca azdır. Demək olar ki, heç yoxdur. Üstəlik bu ibitdai sinif müəllimliyi ixtisasına da aiddir. Rayon üzrə cəmi 2 vakansiya ayrılıb. Məktəblərdə isə ingilis dili müəllimləri ibtidai siniflərə dərs deyir. Həqiqətən çox üzücü bir haldır”. 

Coğrafiya müəllimi olan Rəqsanə Qasımova deyir ki, ailəsi rayonda tək başına işləməyinə icazə vermir: “Bakı şəhəri üzrə isə cəmi 1 vakansiya var. Düşünün ki, neçə nəfər verəcək bu vakansiya üzrə imtahanı? Bir halda ki, vakansiya buraxılmırdı, nə üçün hər il bu ixtisas üzrə neçə nəfər tələbə qəbul olunur? Məsələyə ciddi yanaşsınlar. İlk ildən həvəsimizi öldürürlər”. 

Leyla Əkbərova deyir ki, imtahanda 55 bal toplayıb. Bakı şəhəri üzrə isə yalnız Makarenko adına gimnaziyada Azərbaycan  dili-ədəbiyyat müəlliminə ehtiyac yaranıb: “Lakin yüzlərlə Azərbaycan dili-ədəbiyyat müəllimi imtahan verib. Mən Bakı şəhəri üzrə vakant Azərbaycan dili-ədəbiyyat müəllimi yerlərinin açıqlanmasını xahiş edirəm. Yüksək bal toplayıb işə qəbul olunmamaq gülüncdür. Üstəlik mən heç bir kursda, müəllim yanında hazırlaşmadan bu balı toplamışam. Mənim ümumi imtahan barədə narazılıqlarım var. Əvvəla, imtahanda metodikadan 10 sual düşəcək dedilər, amma istifadə olunmaq üçün ədəbiyyat siyahısı verilmədi. Mən 3-4 mənbədən hazırlaşdım. Lakin, qarşıma bir neçə sual çıxdı ki, həmin mənbələrdə yox idi. İkincisi, eyni suallar düşür. Hər kəs də bir-biri ilə bu sualları paylaşır. Mən Azərbaycan dili üzrə ən birinci imtahan verən qrupda idim. Lakin bizdən sonra bir neçə gün imtahan oldu. Suallar şifahi olaraq əldən-ələ keçdi”.

L.Əkbərova deyir ki, daha bir problem müsahibə mərhələsidir. Heç bir iş təcrübəsi olmayan müüəllimdən müsahibə mərhələsində kurikulum sistemi üzrə icmal dərs tələb etmək gülüncdür: “Hər kəs bilir ki, işə yeni qəbul edilən müəllimləri dövlət öz hesabına kurikulum üzrə müəyyən kurslara göndərir. Bəs indi məntiqlidirmi ki, mən müsahibə mərhələsində kurikulum üzrə dərs keçim sonra dövlət məni kursa göndərsin? Məncə müəllimlərin işə qəbul imtahanına bir az ciddi yanaşmaq lazımdır. Necə gəldi yox. Sistemli, məntiqli təşkil edilməlidir. Çatışmazlıqlar aradan qalxsa, yaxşı olar. Müəllimlərin diaqnostik qiymətləndirməsində illərlə stajı olan müəllimlər fənn üzrə 40 sualdan 20-25 düz yazmışdılar. Lakin onlar hələ də müəllim kimi fəaliyyət göstərirlər. İxtisas üzrə 98-100 faiz nəticə göstərən bizlər müəllimliyə qəbul edilmirik. Budurmu bizim təhsilimiz? Budurmu bizim təhsil siyasətimiz?” 

Nargiz Musayeva deyir ki, Ağdaş rayon Abad kəndində tarix fənni üzrə vakansiya gizlədilib: “Tarix ixtisası üzrə 50 bal toplamışam. Ağdaş rayon Faiq Zinharov adına Abad kənd tam orta məktəbində tarix ixtisası üzrə vakansiya tələb edirəm. Qeyd edim ki, məktəbimizdə bir tarix müəllimi var bütün dərs yükü onun üzərindədir. O da Mingəçevirdən gəlib, ailəlidir. Dərsləri yetərincə tədris edə bilmir”. 

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Bizimyol.info saytına bildirdilər ki, məsələ ilə bağlı konkret faktlarla nazirliyə müraciət edilməlidir. Yəni hansı rayonda, hansı məktəbdə vakansiya gizlədilirsə, bununla bağlı nazirliyə məlumat verilməlidir. Nazirliyin özünün də marağındadır ki, bu məsələlər araşdırılsın. Indiyə kimi bu məsələ ilə bağlı müraciətlər olub və faktlar araşdırılaraq tədbirlər görülüb.(bizimyol)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

10.06.2026
Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

10.06.2026
Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

10.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

10.06.2026
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
 

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

10.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az