• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Çoxuşaqlı ailələrdə məktəbəqədər təhsillə bağlı ailə tipli təlim qrupları yaradılacaq

12:42 02.03.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Nazirlər Kabineti “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nı təsdiqləyib

Qaydaya əsasən, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin (digər qanuni nümayəndələrin) istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.

Ailə tipli təlim qrupları yaradılacaq əraziyə ən yaxın inzibati ərazi vahidində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisəsinin struktur bölməsi kimi təşkil olunur və həmin müəssisənin nizamnaməsinə uyğun fəaliyyət göstərir. Ailə tipli təlim qrupları 1,5 yaşdan 6 yaşadək 3 və daha çox uşağı olan ailələrdə təşkil olunur. Çoxuşaqlı ailədə 1 və ya 2 məktəbəqədər yaşlı uşaq olduğu halda, digər ailələrdən məktəbəqədər yaşlı uşaqları qəbul etməklə, ailə tipli təlim qrupunun təşkilinə yol verilir. Ailə tipli təlim qrupları 1, 5 yaşdan 6 yaşadək uşaqların təlimini, tərbiyəsini, sağlamlığını təmin edir, onlara qulluğu və nəzarəti həyata keçirir.. Ailə tipli təlim qruplarında uşaqların sayı 7 nəfər müəyyənləşdirilir.. Ailə tipli təlim qrupları 5 günlük iş həftəsi üzrə saat 9:00- dan 12:00-dək və ya 13:00-dan 16:00-dək rejim ilə fəaliyyət göstərir.

Ailə tipli təlim qruplarında təhsilin məzmunu təhsil proqramları əsasında uşaqların yaş xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir.  Ailə tipli təlim qruplarında tərbiyəçi-müəllimin vəzifəsinin yerinə yetirilməsinə nəzarəti və metodiki köməkliyi məktəbəqədər təhsil müəssisəsi təmin edir. Ailə tipli təlim qruplarında təhsil prosesinin təşkili uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən bilik, bacarıq və vərdişlərin aşılanması üçün şərait yaradılmasını nəzərdə tutur. Ailə tipli təlim qrupları ümumi inkişafetdirici istiqamətli ola bilər və ya məktəbəqədər təhsil proqramı tətbiq olunmadan da uşaqlara qulluq və nəzarəti həyata keçirə bilər. Ailə tipli təlim qrupları müvafiq olaraq bazasında təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin müdirinin əmri ilə yaradılır. Ailə tipli təlim qrupları çoxuşaqlı ailənin yaşadığı evdə təşkil olunur. Ailə tipli təlim qruplarında işləmək üçün nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin mövcud ştat vahidləri dairəsində tərbiyəçi-müəllim ştatı ayrılır. Tərbiyəçi-müəllim vəzifəsinə müvafiq təhsili və ya tam orta təhsili olan çoxuşaqlı ailənin valideyni (digər qanuni nümayəndəsi) təyin edilir.

Ailə tipli təlim qruplarında işləyənlər “ ildə bir dəfə dövlət hesabına, lakin həmin yerdə yaşayan ailənin digər üzvləri isə öz hesabına tibbi müayinədən keçirlər. Ailə tipli təlim qruplarının tərbiyəçi-müəllimi nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin müdiri ilə birgə uşaqların həyatına, sağlamlığına, tərbiyəsi və təliminə görə məsuliyyət daşıyır. Ailə tipli təlim qruplarında uşaqlar nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin kontingenti sayılırlar. Ailə tipli təlim qrupuna uşaqların qəbulu bazasında təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsi ilə valideyn (digər qanuni nümayəndə) arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Ailə tipli təlim qruplarında uşaqlara tibbi xidmət kənd və qəsəbə həkim (və ya tibb) məntəqələri tərəfindən göstərilir.

Ailə tipli təlim qrupları həmin qrupların yaradılacağı ev haqqında rayon (şəhər) gigiyena və epidemiologiya mərkəzlərinin müsbət rəyi olduğu halda təşkil edilir. Ailə tipli təlim qrupları sanitariya-gigiyena, əks-epidemik və yanğından mühafizə tələblərinə cavab verməlidir. Ailə tipli təlim qruplarında təlim-tərbiyə prosesinin təşkili üçün oyuncaqlar, kitablar, təlim vəsaitləri, stol, stul, uşaqların istirahəti üçün otaq ayrılmalıdır. Ailə tipli təlim qruplarının yaradılması üçün himayəsində üç və daha çox uşaq olan valideyn (digər qanuni nümayəndə) yerli icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim edir:

- ailə tipli təlim qrupunun yaradılması ilə bağlı ərizə;

- ailə tipli təlim qrupunun təşkil olunacağı evin texniki pasportu;

- övladının (himayəsində olan uşağın) ailə tipli təlim qrupuna qəbul edilməsi ilə bağlı valideynlərin (digər qanuni nümayəndələrin) ərizəsi;

-  tərbiyəçi-müəllimin və ailə üzvlərinin sağlamlığı haqqında arayış;

- tərbiyəçi-müəllimin təhsili haqqında sənəd;

- ailə tipli təlim qrupu haqqında rayon (şəhər) gigiyena və

epidemiologiya mərkəzlərinin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli qurumlarının müsbət rəyi.

 Ailə tipli təlim qrupunun yaradılmasına razılıq verildiyi halda, yerli icra hakimiyyəti orqanı ailə tipli təlim qrupu yaradılacaq ən yaxın inzibati ərazi vahidində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisəsinə ailə tipli təlim qrupunun yaradılması barədə göstəriş verir. Ailə tipli təlim qruplarının saxlanılması xərcləri nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulan müvafiq vəsait dairəsində təmin edilir.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az