• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

6100 nəfər əlil və şəhid ailəsi evlə təmin olunub

14:52 06.02.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə görüləcək işlərə dair müşavirə keçirilib

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda prezident Azərbaycan regionlarında sosial-iqtisadi inkişafın sürətlə getdiyini vurğulayıb.

Nazir qeyd edib ki, dövlət başçısının təşəbbüsü və konkret tapşırığı əsasında regionların sosial-iqtisadi inkişafı məqsədilə 2004-cü ilin fevral ayında qəbul edilən ilk dövlət proqramı (2004-2008-ci illər), eyni zamanda sonralar qəbul edilən ikinci (2009-2013-cü illər) və üçüncü (2014-2018-ci illər) dövlət proqramlarının uğurlu nəticələri qeyri-neft sektorunun inkişafına da təkan verib: “Son 14 ildə milli iqtisadiyyatda 3,2 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,8 dəfə və qeyri-neft ixracında 4,1 dəfə, sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artıma, ölkənin valyuta ehtiyatlarının 23 dəfə artırılaraq 1,8 milyard dollardan 42 milyard dollara çatdırılmasına, ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyuluşuna nail olunub. Bu uğurlar bölgələrin sosial mənzərəsini müasirləşdirən bütün lazımi infrastruktur layihələrinin icrası, 3 mindən çox məktəbin, 600-dən çox tibb müəssisəsinin tikilməsi və ya təmiri, 12,3 min kilometr yolun çəkilməsi, 443 körpünün inşası, 30 elektrik stansiyasının tikilməsi, qazlaşdırmanın 51 faizdən 93 faizə (şəhərlərimizdə 100 faizə), fasiləsiz içməli su təminatının 26 faizdən 67 faizə (Bakı şəhərində 81 faizə) çatdırılması və s. kimi xüsusi önəm kəsb edən sosial nailiyyətlərin qazanılması ilə müşahidə olunub. Bu proqramların ən mühüm uğurlarından biri də əsasən regionlarda olmaqla çoxsaylı iş yerlərinin açılması, ölkədə işsizliyin və yoxsulluğun kəskin şəkildə aşağı enməsidir”.

S.Müslümov qeyd edib ki, xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi bölgələrdə əmək resurslarının məşğulluğunun əhəmiyyətli şəkildə artırılmasında önəmli rol oynayıb. Eyni zamanda, nazirlik tərəfindən respublikanın bütün regionlarını əhatə edən aktiv məşğulluq tədbirləri, o cümlədən bütün rayon və şəhərlərdə əmək yarmarkaları təşkil edilir. Dövlət başçısının müvafiq sərəncamına əsasən, nazirlik tərəfindən icra olunan özünü məşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarının da 84%-i regionlar üçün xarakterik olan ənənəvi kənd təsərrüfatı sahələrini əhatə edir: “Azərbaycan prezidenti İlham Əliyev özünü məşğulluq proqramını çox böyük gələcəyi olan, işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüs olan proqram kimi yüksək dəyərləndirib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezident bir daha “Bu il biz özünü məşğulluq proqramını daha da böyük həcmdə icra edəcəyik. Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünü məşğulluq proqramına cəlb ediləcək. Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür”, - deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, cari il ərzində 7 minə qədər aztəminatlı ailəyə aktivlər verməklə onların kiçik ailə təsərrüfatlarını qurmalarını təmin etmək əsas məqsədlərdəndir: "Proqrama cəlb ediləcək ailələrin 83 faizinin regionlarda yaşayan ailələrdən ibarət olması nəzərdə tutulur".

Bölgələrdə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması işlərindən bəhs edən S.Müslümov bildirib ki, 2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə Göyçay rayonunda, 2009-cu ildə Naxçıvan şəhərində yaradılan Regional Peşə Tədris Mərkəzləri bu sahədə önəmli rola malikdirlər: “Son illərdə həmin mərkəzlərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, onların maddi-texniki bazası gücləndirilib. Əsas vəzifələrimizdən biri də bölgələr üzrə peşə hazırlığı mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsidir. 2014-2018-ci illərdə regional inkişaf üzrə Dövlət Proqramına uyğun olaraq, regionlarda əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması istiqamətində də məqsədyönlü işlər aparılıb. Həmçinin gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına dəstək məqsədilə BMT İnkişaf Proqramı ilə birgə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, son illərdə isə Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb. Məşğulluq mərkəzlərinin xidmətlərinin daha səmərəli vasitələr, daim yenilənən informasiya bazası üzərində formalaşdırılması yönündə işlərə ilk olaraq İsmayıllı rayonundan başlanılmaqla, son illərdə bu rayonda müasir iş metodlarına əsaslanan ilk pilot mərkəz qurulub”.

Nazir diqqətə çatdırıb ki, ötən dövrdə əlil və şəhid ailələri üçün inşa olunan çoxsaylı fərdi və çoxmənzilli yaşayış binalarının böyük əksəriyyəti bölgələrin payına düşür: “O cümlədən son bir ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim edilən 315 mənzil və fərdi yaşayış evindən 65 faizə qədəri regionlardadır. Ümumilikdə indiyədək nazirliyin xətti ilə 6100 nəfər əlil və şəhid ailəsi nazirlik tərəfindən mənzillə təmin olunub ki, onlardan 93,5 faizinə və ya 5703 nəfərinə son 14 ildə mənzil verilib. Hazırda daha iki rayonda - İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının, eyni zamanda bölgələrdə fərdi yaşayış evlərinin tikintisi işləri davam etdirilir”.

S.Müslümov həmçinin son 14 ildə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzlərinin, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan istehsalat sahəsi və Gəncə şəhərində filialının istifadəyə verildiyini, Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzlərinin yaradıldığını bildirib: “Gələcəkdə digər bölgələr üzrə də yeni regional bərpa mərkəzlərinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, son illərdə Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradılıb və hazırda bölgələrdəki ayrı-ayrı bərpa mərkəzlərində də müasir tələblərə uyğun reabilitasiya şəraitinin qurulması işləri aparılır. Onların, o cümlədən Yevlax, Naftalan, Sumqayıt şəhərlərindəki bərpa mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının əsaslı təmirdən sonra cari il ərzində istifadəyə verilməsi planlaşdırılır”.

Nazir vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-2012-ci illərdə Naxçıvan, Gəncə və Yevlax şəhərlərində əlilliyi olan şəxslər üçün yaradılan Regional İnformasiya Mərkəzləri həmin bölgələrdə qeyd olunan şəxslərin İKT-dən istifadə imkanlarına yiyələnmələrində, ümumən cəmiyyətə inteqrasiyasında xüsusi önəm kəsb edir: “Əlilliyi olan şəxslərin protez-ortopedik xidmətlərlə elə yaşadıqları bölgədə təminatı üçün son illərdə bu yöndə səyyar xidmətlərə başlanılıb. Təkcə ötən il regionlarda 1011 nəfər əlilliyi olan şəxsə səyyar qaydada belə xidmətlər göstərilib, həmçinin müvafiq hallarda onlara reabilitasiya vasitələri, o cümlədən əlil arabaları elə yaşadıqları rayon və ya şəhərdə təqdim edilib”.

Nazir bildirib ki, sosial xidmətlərin regionlar üzrə əhatə dairəsi də genişləndirilib. Sosial sifarişlər üzrə icra olunan layihələrin əksər hissəsi regionları əhatə edir. Bu layihələr çərçivəsində eyni zamanda ölkənin müxtəlif rayon və şəhərlərində günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzləri fəaliyyət göstərir, çətin həyat şəraitində olan uşaqlar, lazımi hallarda ailələri reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilirlər: “Bölgələrdəki sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması işləri də aparılır. Bu il Gəncə şəhərindəki Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi də əsaslı təmirdən sonra istifadəyə veriləcək. Yeni sosial xidmət müəssisələrinin yaradılması işlərinin davamı olaraq, Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin də cari il ərzində istifadəyə verilməsi nəzərdə tutulur”. S.Müslümov dövlət başçısının tapşırıqları əsasında hər ay bölgələrdə vətəndaşların qəbulunun həyata keçirildiyini, regionların sakinlərinin müraciətləri ilə əlaqədar müvafiq tədbirlərin görüldüyünü də diqqətə çatdırıb.

Müşavirədə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı nazirlik tərəfindən görüləcək işlər ətraflı müzakirə olunub. Qeyd edilən Dövlət Proqramının icrasının beşinci ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə həyata keçiriləcək tədbirlər nəzərdən keçirilib. Bununla əlaqədar nazirliyin yerli struktur bölmələrinin aidiyyəti üzrə təkliflərini də təqdim etmələri tapşırılıb. S.Müslümov regionlarda əmək bazarının monitorinqi, sosial müdafiə, tibbi-sosial reabilitasiya və aktiv məşğulluq tədbirlərinin təşkili və s. aidiyyəti məsələlərlə əlaqədar müvafiq tapşırıqlar da verib.

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az