• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfərə çatdırılıb

21:52 29.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bu il peşə təhsili sahəsində də bir sıra işlər görülüb

Modern.az saytı 2017-ci ildə peşə təhsili sahəsində əldə edilən nailiyyətləri təqdim edir. Bu il Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub. Agentliyin strukturu formalaşıb, kadr təminatı həyata keçirilib, Bakı ş.,N.Hacıyev 4 ünvanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin inzibati binası istifadəyə verilib.

“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına başlanılıb. Strateji Yol Xəritəsinin icrasının təşkili məqsədi ilə Fəaliyyət Planı təsdiq edilib,6 prioritet istiqamət əhatə olunmaqla icraçı qurumlarınnümayəndələrindən ibarət 5 işçi qrupu yaradılıb. “Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri”(7 sahə üzrə 51 göstərici) təsdiq edilib. İqtisadiyyatın prioritet istiqamətləri üzrə 10 pilot peşə təhsili müəssisəsi seçilib. 1500-ə yaxın müəllim-pedoqoji heyətin diaqnostik qiymətləndirməsi keçirilib.

İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfərə çatdırılıb.
2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib və tam yerinə yetirilib. Bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur. Bu dərs ilində ölkədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə 11600 nəfər dövlət hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul olunub.

Yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb.
Əmək bazarının dəyişən tələbləri nəzərə alınmaqla, əsasən əlavə dəyər yaradan22 yeni ixtisas üzrə şagird qəbulu həyata keçirilib və tədris təşkil olunub.

“ASAN Peşə” layihəsi üzrə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.
“ASAN Peşə” layihəsi üzrə elektron sənəd qəbulu vasitəsilə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul edilənlərin 20 faizinin orta attestat balı “4”-dən yuxarı olub. Ümumilikdə, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı ötən illə müqayisədə 3 dəfə artıb.

İlk peşə-ixtisas təhsili müəssisələrinin normativ-hüquqi bazası təkmilləşdirilib.
İlk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə edilib. “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın layihəsi hazırlanıb. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb.

Peşə təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılıb, optimallaşdırma tədbirləri həyata keçirilib.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün dövlət peşə təhsili müəssisələrindəmonitorinqlər keçirilmiş, mövcud vəziyyət araşdırılmış, infrastruktur, maddi-texniki baza, tədrisin keyfiyyəti qiymətləndirilmişdir. Nazirlər Kabinetinin 2017-ci il 5 iyun tarixli 250 nömrəli Qərarı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və 16 oktyabr 2017-ci il tarixində yeni inzibati binası istifadəyə verilib.Almaniya Federativ Respublikasının Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin möhkəmləndirilməsi” Tvininq Layihəsi çərçivəsində Qəbələ Regional Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı sahəsində 7 ixtisas üzrənəticəyönümlü, modul strukturlu kurikulumlar hazırlanıb. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) çərçivəsində 20 modul, BP şirkətinin maliyyə dəstəyi ilə Britaniya Şurası tərəfindən 12 modul olmaqla 32 modul hazırlanıb. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən Qəbələ Peşə Təhsil Mərkəzində çalışan mühəndis-pedaqoji heyət üçün idarəetmə və pedaqogika üzrə təlimlər təşkil edilib.

İşəgötürənlərlə əməkdaşlıq qurulub.
Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri ilə işəgötürənlər (“MİDA” MMC, “GilanAgriculturalGroup” MMC, “NormCement” MMC, Bakı Tekstil Fabriki, “Yaşıl çay” MMC, “Zəhmət-ruzi” MMC və s.) arasında Əməkdaşlıq Memorandumları imzalanıb.

Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib.
“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyi və Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Çin Xalq Respublikasından qrant vəsaitləri hesabına 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitlərigətirilib.


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az