• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

Kərəm Həsənovun əmisi oğlunun həbsi və Eldar Mahmudovla böyük anlaşma

10:44 30.10.2015 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Dövlət Reyster Xidmətinin rüşvət alarkən MTN işçiləri tərəfindən yaxalanan işçisi Eldar Mahmudovun adamlarına Rüstəm Şahabzov və Kərəm Həsənov haqqında hansı bilgiləri verib

1 milyonluq "fidyə" və  Babatovla yaranan dostluq münasibəti; Kərəm Həsənovun "Axilles dabanı" - Su qiymətinə özəlləşdirmə; Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov yüzlərcə obyekti, evi, topaq sahəsini, əmlakı cinayət  məsuliyyətinə cəlb olunaraq həbs edilən generalların adına keçirib... 

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə oktyabrın 17-də Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən alındıqdan sonra ölkənin və Azərbaycan xalqının bütün aspektlərdə təhlükəsizliyi üçün məsul olan  bu dövlət qurumunda baş verənlər hər kəsi sözün həqiqi mənasında şok etdi. Çünki yayılan məlumatlardan və MTN-də Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) keçirdiyi xüsusi əməliyyatlardan sonra belə bir təəssurat  yarandı ki, faktiki olaraq uzun illər boyu Eldar Mahmudovun rəhbərliyi altında olan bir qrup yüksək vəzifəli şəxslər faktiki olaraq mütəşəkil cinayətkar dəstəsi kimi fəaliyyət göstəriblər və MTN-nin yüksək çinli vəzifəli şəxsləi üçün əsas məsələ heç də dövlətin və xalqın təhlükəsizliyini təmin etmək deyil, şantaj və hədə yolu ilə var-dövlət qazanmaq olub. Baş  tutan xüsusi əməliyyatdan sonra MTN faktiki olaraq dövlətə və prezidentə xəyanət edən generalları və onlara bağlı fəaliyət götərən müxtəlif vəzifəli şəxslərin həbsləri həyata keçirilib və mətbuatda bu həbslər barədə ən müxtəlif səpkili yazılar dərc olunmaqdadır. Təəssüf ki, bu məlumatların hamısını yoxlamaq və müvafiq dəqiqləşdirmələr aparmaq demək olar ki, mümkün olmur. Lakin həyata keçirilən həbslər də gösərir ki, Eldar Mahmudovun rəhbərlik etdiyi yüksək vəzifəli mütəşəkkil dəstənin əhatə dairəsi təsəvvür olunuduğundan belə daha geniş olub.

Xatırladaq ki, iki gün əvvəl AzFakt.com Dövlət Əmlak Komitəsi yanında Dövlət Reyster Xidmətinin rəisi Məhmməd İmanovun adının da "MTN işi"ndə keçməsi ilə bağlı məlumt yaymışdı. Həmin məlumatda qeyd etmişdik ki, Əmlak Komitəsi sədri Kərəm Həsənovun "qara kassası" kimi ad çıxaran Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun ən yaxın adamı külli miqdarda rüşvət alarkən MTN-çilər tərəfindən həbs olunub və bundan sonra istər Əmlak Komitəsi sədri Kərəm Həsənov, istərsə də, Dövlət reyster Xidmətinin rəisi Məhəmməd İmanov MTN-çilərlə məcburi əməkdaşlığa cəlb olunublar. Lakin daha sonra bu əməkdaşlıq qarşılıqlı mənfəət və biznes sahəsinə çevrilib.

MTN Kərəm Həsənovun əmisi oğlunu niyə həbs edib?

Məhəmməd İmanov Beyləqan rayonunda doğulub. Onun Dövlət Reyster Xidmətinin rəisi kimi "yağlı" və strateji əhəmiyyətli bir vəzifəyə gətirilməsində Əmlak Komitəsi sədrinin müavini Rüstəm Şahbazov əsas rol oynayıb. 


Rüstəm Şahbazov

Qeyd edək ki, Rüstəm Şahbazov da Kərəm Həsənovla həmyerli və qohumdur. Komitədə hansısa qərarların verilməsində əsas  şəxslərdən biri hesab olunur. Kərəm Həsənovun hər zaman Rüstəm Şahbazovun məsləhətlərinə diqqətlə yanaşdığı qeyd olunur. Məhz Məhəmməd İmanovun Rüstəm Şahbazovun tələbəlik dostu olması onun taleyinin dəyişməsində böyük rol oynayıb. Rüstəm Şahbazovun təqdimatı ilə Məhəmməd İmanov Əmlak Komitəsində strateji əhəmiyyət daşıyan Dövlət Reyster Xidmətinə rəis təyin olunub. 

Mənbə bildirir ki, Məhəmməd İmanov Dövlət Reyster Xidmətinə rəis təyin olunsa da, bir neçə il bu qurumda adi bir fiqur olub. Xidmətdə baş verən bütün gəlirli əməliyyatlar  Kərəm Həsənovun əmisi oğlu Məhəmməd Həsənovun nəzarətində olub. Lakin sonradan Məhəmməd İmanov Kərəm Həsənovun etimadını qazana bilib və zamanla Komitə sədrinin ən çox güvəndiyi şəxslərdən birinə çevrilə bilib. MTN-çilərin həyata keçirdiyi məlum əməliyyatdan sonra isə Məhəmməd İmanov Əmlak Komitəsində Rüstəm Şahbazovdan sonra üçüncü əsas fiqura çevrilib.

Hər şeyi ölçüb biçən MTN-çilər Kərəm Həsənova zərbəni tam ürəyindən vurublar. Kərəm Həsənovun "qara kassası" kimi ad çıxaran əmisi oğlu, Dövlət Reyster Xidmətinin "kilid adamı" Məhəmməd Həsənov külli miqdarda rüşvət alarkən MTN-çilər tərəfindən həbs olunub. Bu doğurdan Kərəm Həsənov üçün ağır zərbə olub. Çünki əmisi oğlu Rüstəm Şahbazovla birlikdə demək olar ki, onun bütün sirrlərini bilib.

1 milyonluq "fidyə" və  Babatovla yaranan dostluq münasibəti

MTN-çilər Dövlət Reyster Xidmətinin "kilid ismi" olan Məhəmməd Həsənovu həbs etdikdən sonra Kərəm Həsənov problemi yuxarı dairələrlə çözmək istəyib. Mənbə bildirir ki, buna Rüstəm Şahbazov mane olub. Əmlak Xidmətinin beyni olaraq bilinən Rüstəm Şahbazov MTN-lə savaşmağı deyil, əməkdaşlıq etməyi təklif edib. Digər tərəfdən məlum olub ki, həbs olunan Məhəmməd Həsənov Kərəm Həsənov, Rüstəm Şahbazov və Məhəmməd İmanov barədə ciddi faktlara dayanan ifadələr verib və həmin ifadələr ortaya çıxarsa Kərəm Həsənovun karyerasına son veriləcəyi heç kimdə şübhə doğurmayıb. 

Rüstəm Şahbazovun tapşırığı ilə MTN-çilərlə təmasa Məhəmməd İmanov keçib. Onun MTN-nin Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovla ilk tanışlığı da bu zaman baş verib. 

Qeyd edək ki, "MTN işi"ndə Tehran Babatov əsas fiqurantlardan biri olaraq tanınır. Yayılan məlumatlara görə MTN-çi dəsətəninin topladığı bütün rüşvət  xərac  pullarına Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevlə, müavini Tehran Babatovun nəzarət edib. Criminal.az saytının yazdığına görə bütün rüşvətlər  Tehran Babatov tərəfindən şəxsən alınır, rüşvət məbləğinin durmadan yüksəlməsinə də elə onun özü nəzarət edib. Saytın yazdığına görə Eldar Mahmudovun dövründə (2004 - 2015-ci illər), nazirliyin “kassir”i kimi tanınan Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatov tərəfindən bütün al-ver məsələləri, işə götürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı tələb olunan rüşvətin məbləği müəyyənləşdirilib və bu hallar şəxsən özü tərəfindən nümayişkaranə formada bildirilib.


Məhəmməd İmanov

Məhəmməd İmanovla ilk görüşündə Tehran Babatovun ondan bir neçə tələbi olub. Babatov həbs olunan işçinin azad olunması üçün 1 milyon dollar və onların verdiyi siyahı üzrə əmlaklara təcili "kupça"ların verilməsini tələb edib. Görüşdən sonra Kərəm Həsənova və Rüstəm Şahbozova tələbi çatdıran Məhəmməd İmanov tələbləri yerinə yetirməklə bağlı onların razılığını alıb. Bundan sonra isə yarım milyon nəqd şəkildə Babatova çatlırılıb. İki gün müddətində isə "ZaminBank"ın filiallarından birində açılan hesaba yarım milyon daha köçürülüb. 

Tehran Babatovun verdiyi siyahı üzrə isə ən qısa müddətdə Məhəmməd İmanov Bakının mərkəzində 30-dan artıq əmlakın kupçasını Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevin yaxın adamlarının adına, 20-dən artıq əmlakı isə Tehran Babatovun yaxın adamlarının adına rəsmiləşdirib. Mənbə bildirib ki, "əməliyyatın" heç bir problemsiz həyata keçirilməsi Əlimusa Əliyevlə Tehran Babatovun xoşuna gəlib və bu əməliyyatdan sonra Məhəmməd İmanovla Tehran Babatovuq arasında dostluq münasibətləri formalaşıb. Hətta Məhəmməd İmanovla Tehran Babatov bir-birlərinin övladlarının xeyir işlərində iştirak ediblər. Tehran Babatov həmçinin Dövlət Reyster Xidmətinin rəisinin özünün və yaxın qohumlarının övladlarının MTN-nin hərbi hissəsində hərbi xidmət keçmələrini təmin edib.

Kərəm Həsənovun "Axilles dabanı" - Su qiymətinə özəlləşdirmə

Mənbə bildirir ki, Məhəmməd İmanovla Tehran Babatovun ikinci görüşündə MTN-lə Əmlak Komitəsi arsında iş birliyi müzakirə olunub. Əldə olunan razılaşmaya əsasən tərəflər qarşılıqlı mənfəət əsasında çalışmağa qərar veriblər. Həbs olunan Məhəmməd Həsənov azadlığı çıxdıqdan sonra Dövlət Reyster Xidmətində çalışdığı vəzifəyə qayıtsa da, Kərəm Həsənovun etimadını itirib. Bundan sonra Dövlət Reyster Xidməti tamamilə Məhəmməd İmanovun nəzarətinə keçib.

Məhəmməd İmanovla Tehran Babatovun əldə etdikləri razılaşmaya əsasən son 5 ildə Kadrlar Baş İdarəsinin rəisi general-mayor Əlimusa Əliyevlə  müavini Tehran Babatovun təlimatları ilə Bakıda yüzlərlə milyonlarla manat olan əmlak və müəssisələr özəlləşdirilib. Su qiymətinə özəlləşdirilən həmin həmin "obyektlərə" Dövlət Reyster Xidməti tərəfindən "Çıxarış"lar verilib. Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov yüzlərcə obyekti, evi, topaq sahəsini, əmlakı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilən generalların adına keçirib. 

Похожее изображение
Kərəm Həsənov 

Mənbə bildirir ki, həmin obyektlərin böyük hissəsi MTN-çilərin yaxınlarının adlarına özəlləşdirilsə də, Kərəm Həsənov  və ətrafı da su qiymətinə özəlləşdirmədən  milyonlar qazanıblar. Belə ki, onlarla milyonluq obyektlər Rüstəm Şahbazovun, Məhəmməd İmanovun və Kərəm Həsənova yaxın olan digər şəxslərin yaxınlarının adına özəlləşdirilərək sənədləşdirilib. Rayonlarda isə Dövlət Reyster Xidmətinin əməkdaşlarının özbaşınalıqları həddini aşıb. Hüquq-mühafizə orqanlarına vətəndaşların şikayətləri isə MTN tərəfindən bloklanıb.

Ölkənin ən varlı adamlarının mal varlıqları ilə bağlı məlumatlar da Məhəmməd İmanov tərəfindən Tehran Babatova verilib və həmin şəxslər mütamadi olaraq şantaja məruz qalıblar.

Həmçinin MTN-lə geniş iş birliyi şəraitində Kərəm Həsənov qardaşını və qudasını MTN-də yüksək vəzifə verilməsinə nail olub.

Mənbə bildirir ki, hazırda Kərəm Həsənovun ən böyük problemi MTN-lə birlikdə həyata keçirdiyi "su qiymətinə özəlləşdirmə"dir. Çünki araşdırma aparılarsa, Əmlak Komitəsinin həyata keçirdiyi özəlləşdirmədə həddindən artıq böyük korrupsiya və dövlət əmlakının talan olunması ortaya çıxacaq. Həmçinin Kərəm Həsənovun ölkə prezidentini hansı miqyasda aldatdığı da ortaya çıxacaq. Bu isə sonucda Kərəm Həsənova yaxşı heç bir şey vəd etmir.

Qeyd edək ki, "su qiymətinə özəlləşdirmə"nin detalları ilə növbəti yazımızda tanış olacaqsız.

Yazıda adı keçən hər bir vəzifəli şəxsin mövqeyini dəyrc etməyə hazırıq.

Rəşadət Tağıyev
MilliYol.az

Fotolar


Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az