• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 08 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Arif Əsgərova və oğluna baldızından inanılmaz ittihamlar - Audio

11:00 07.10.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Sabiq nəqliyyat nazirinin müavinin baldızı: “Əgər bu iş obyektiv araşdırılmasa, özümü yandıracam”

“Arif Əsgərovla oğlu Elnar Əsgərov birləşib mənim oğlanlarımı tutdurublar”. 

Bu sözləri İstiqlal.az-a dələduzluqda təqsirləndirilən Rahib və Emil Hüseynovların anası, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı Lətifə Hüseynova deyib.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Emil Hüseynovun məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində sabiq nazir müavini Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib.

O, təqsirləndirilən E.Hüseynovla qohum olduğunu söyləyib: “Emil mənim xalam oğludur. Atam uzun illər Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri olsa da, mənim həmin qurumla heç bir əlaqəm olmayıb. Bu işdə mənimlə bağlı deyilənlərlə razı deyiləm”.

E.Əsgərov iş üzrə zərərçəkmiş kimi tanınan Emin Məmmədovla heç bir biznes əlaqələrinin olmadığını qeyd edib: “Mən zərərçəkmişlərdən Emin Məmmədovu tanımışam. Dostlarımla bilrikdə həmişə futbol oynamışıq. Həmin ərəfədə də Emin Məmmədovla da orada tanış olmuşam”.

O, xalası oğlu E.Hüseynovun ayrı-ayrı şəxslərdən pul almasından xəbəri olmadığını və bütün işlərdə günahkar onun olduğunu vurğulayıb.

E.Əsgərov məhkəmədə KİV nümayəndələrinə də xəbərdarlıq edib: “Bilmirəm ki, indi bu zalda media nümayəndələri var, ya yox. Amma media nümayəndələri yazır ki, mən istintaqdan yayınmışam, ölkədən qaçmışam. Xahiş edirəm doğru olanları yazın. Bu yazılanları bizim yaxınlarımız, ailə üzvlərimiz oxuyur”.

Daha sonra sualları cavablandıran E.Əsgərov bildirib ki, xalasından pul alaraq zərərçəkmiş şəxsə qaytarıb: “Emilin anasından, yəni xalam Lətifədən 500 min dollar, daha sonra 200 min dollar da alıb, Emin Məmmədova vermişəm. Bunu da xalamın xahişi ilə etmişəm”.

Təqsirləndirilən şəxs E.Hüseynov E.Əsgərovun yalan danışdığını və doğruları danışmadığını deyib. O söyləyib ki, zərərçəkmiş şəxslərdən alınam pullar E.Əsgərova verilib: “Zərərçəkmiş şəxslərin hamısına dəymiş zərər ödənilib, yalnız Eçin Məmmədovdan başqa”.

Zərərçəkmiş Emin Məmmədov da E.Əsgərovun yalan danışdığını söyləyib.

Məhkəmədə E.Hüseynovun vəkili deyib ki, E.Əsgərovun ifadəsində ziddiyyətlər var. Məhkəmə E.Əsgərovun istintaqa ifadəsində ziddiyyətlər olan məqamları elan edib.

E.Əsgərov qeyd edib ki, xalası oğlunun başqa şəxslərdən aldığı pulları özü ödəyib.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Emil Hüseynov və zərərçəkənlər isə Elnar Əsgərovun yalan danışdığını iddia edib.

Lətifə Hüseynova da  açıqlamasında bacısı oğlunun yalan ifadə verdiyini deyib. Onun sözlərinə görə, bu dələduzluq əməliyyatının başında məhz Elnar Əsgərov dayanıb. Emil və Rahib isə sadəcə qurbanlardır. “O, mənim oğlanlarımdan öz məqsədləri üçün istifadə edib. Mənim övladlarım heç kimi aldatmayıb. Kimdən pul alıblarsa Elnarın tapşırığı ilə alıblar və pulları elə onun özünə veriblər. Bunu zərərçəkənlər də təsdiqləyir. Zərərçəkənlər deyir ki, biz Emili tanımırıq. Pulu ona Elnarın xahişi əsasında vermişik. Amma Elnar Əsgərov bütün bunları danır”.

Lətifə Hüseynova əlavə edib ki, bu məsələyə görə prezidentə müraciət etmək fikrindədir. “Əgər bu iş obyektiv araşdırılmasa, özümü yandıracam”.

Lətifə Hüseynova həmçinin xahiş edib ki, onun səs yazısını ictimailəşdirək. Oxucular səs yazısını dinləməklə Lətifə Hüseynovanın fikirləri ilə ətraflı tanış ola bilərlər.



Mənbə: istiqlal.az

Etiket:

Digər xəbərlər

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

07.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Gəmiyə hücumda həlak olan kapitanın atası:

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

07.06.2026
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az