Bakıda qətl törətməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayıb
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədovun cinayət işi üzrə məhkəmə keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 9-na təyin edilib.
Hadisə Binə südçülük sovxozu adlanan ərazidə baş verib. Qeyd edilən ünvanda kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirib.
Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, İlkin Əhmədov uzun müddət Fial İsmayılovun evində kirayədə yaşayıb.
Hadisədən bir müddət əvvəl mərhum F.İsmayılov kirayənşin İ.Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib.
Qətl hadisəsi baş verən gün F.İsmayılov səhər işə getmək adı ilə evdən çıxıb və tez geri qayıdıb. Evə qayıdarkən isə İ.Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov ev sahibi bıçaqlayaraq qətlə yetirib.
MilliYol.Az
Digər xəbərlər
loading...