• Xəbər lentİ
Fləş

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026

Bu kollecə yeni direktor təyin olundu

14:20 / 09.06.2026

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

13:37 / 09.06.2026

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

13:10 / 09.06.2026

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

12:01 / 09.06.2026

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

11:37 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 10 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Peşəkarlar narazıdır

11:32 12.07.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Problem mediada tendensiyaya çevrilib

“Xəbərlərin eyniylə kopyalanması media həmrəyliyi sayılmamalıdır”

Müasir mətbuatın müxtəlif problemləri var. Təəccüblü olsa da, media ilə bağlı mövcud problemlərin bir çoxunun ortaya çıxmasında modern dövrün texniki vasitələrinin, internetin inkişafının və onlayn medianın geniş yayılmasının mühüm "xidmətləri” var. Məlumdur ki, Azərbaycanda əksər media orqanlarında, sayt və qəzetlərdə mövzular, xəbərlər, informasiyalar təkrar, biri-birinə bənzər, hətta nöqtə-vergülünə kimi tamamilə eyni formada verilir. Media aləmində bir qədər müşahidə aparanlar bu reallığı aydın şəkildə görə bilərlər. Vurğuladığımız məsələ illər əvvəl başlasa da, son dövrlər daha geniş vüsət almağa başlayıb.

Xüsusən, müxtəlif səpkili tədbirlərdə, mətbuat konfranslarında, Milli Məclisin iclaslarında baş verən çoxlu proseslər, yaşanan maraqlı hadisələr demək olar ki, bütün saytlarda eyni tərzdə yayılır. Yəni xəbər bir portal tərəfindən hazırlanır və digər saytlara ötürülür. Ya da istinadla və ya istinadsız başqa informasiya agentlikləri tərəfindən tirajlanır. Ola bilsin, bu proses jurnalistikada "xəbər paylaşımı” və ya medianın "həmrəyliyi” kimi qəbul edilir, hətta bəzi hallarda normal sayılır. Ancaq ekspertlərin fikrincə, bu tendensiya heç də doğru deyil. Onların fikrincə, bir çox tədbirdə onlarla media qurumları iştirak edirsə, deməli, yayılan xəbərlərin qələmə alınmasında ən azından müəyyən fərqlər olmalıdır. Həmçinin, saytların əksəriyyəti sadəcə bir-iki elektron portaldan material gözləməməlidir. Çünki informasiya müxtəlifliyi və fərqliliyi oxucunu cəlb edən əsas şərtlərdəndir. Hesab edilir ki, xəbərin sayt və qəzetlərdə nəinki oxşar, hətta tamamilə eyni cür yayılmasını operativliklə bağlamaq yanlışdır. Ümumiyyətlə, jurnalist hazırladığı yazının içində də görünməli, sadəcə altına imza ataraq işini bitmiş saymamalıdır.

Mövzu ilə bağlı "Şərq”ə fikirlərini bölüşən "Lent.az” saytının əməkdaşı, tanınmış reportyor Səbuhi Məmmədli deyib ki, tədbirlərə, Milli Məclisin iclaslarına çox az sayda sayt və qəzetlər, informasiya agentliklərindən müxbirlər qatılır. Amma onların parlamentdən yazdıqlarını təxminən yüzlərlə sayt kopyalayır:

"Bütün hallarda ilkin mənbə deyilən bir status var. Ən mötəbər xəbərlər məhz həmin üç-dörd xəbər agentlikləri vasitəsi ilə yayılır. Şübhəsiz ki, xəbərlərin eyniylə kopyalanması media həmrəyliyi sayılmamalıdır. Bu, bir noutbuku və bir də özü olan saytların gündəlik səhifə doldurma prosesidir. Ancaq təəssüflər olsun ki, bəzən mənasız saytı dolduranlar bunu qəddarcasına və istinadsız edirlər. Məncə, əsas məsələ jurnalistin obyektivliyidir. Əgər müxbir obyektivdirsə, səmimidirsə, özünəməxsus yazısı olacaq və həmin yazıda özü də açıq və ya gizli formada görünəcək. Mənə imzasız yazı verin, onu kimin yazdığını sizə söyləyim”.

"Pia.az” saytının baş redakoru Azər Qaramanlı bildirib ki, o, bunu "xəbər paylaşımı” və ya "media həmrəyliyi” kimi qəbul etmir. Heç operativliklə də bağlamır: 

"Çünki operativlik eyni zamanda peşəkarlıq da tələb edir. Operativ olub, peşəkar olmamaq "yarımçığın yarımçığı” deməkdir. Sadəcə Azərbaycanda "kopi-past” o qədər mükəmməl inkişaf edib ki, heç kim özünə əziyyət vermək istəmir. Bunu dəyişmək hazırda çox müşküldür və sayt sistemində demək olar ki, mümkün deyil. Əvvəllər qəzetlərdə hər kəs öz materiallarını hazırlayırdı və heç kim başqasının "mətbəxində nəyin bişdiyini” bilmirdi. İndi isə "mətbəx”, necə deyərlər, ümumidir. Digər tərəfdən Azərbaycanda redaksiyaların insan və texniki resursları o qədər zəifdir ki, xəbərləri ən azından öz üslublarına uyğunlaşdırmaq texniki baxımdan mümkün deyil. Bilirik ki, Azərbaycanda redaksiyalar ən yaxşı halda 5-6 işçi ilə çalışırlar. Elə redaksiyalar var ki, sadəcə bir nəfərdən ibarətdir. Ona görə də "kopi-past” üsuluna üstünlük verirlər”.

Baş redaktorun sözlərinə görə, vəziyyət hazırda dünya mətbuatında da bu cürdür: 

"Lakin onlar bizdən fərqli olaraq girişə-çıxışa əlavələr, ya da çıxarışlar edirlər. Hər bir yazının üzərində redaktorlar çalışırlar. Çünki həm gəlirləri çoxdur, həm də ən yüksək səviyyədə maddi-texniki bazaya sahibdirlər. Bizdə isə demək olar ki, heç nəyi dəyişmirlər, çünki bizim redaksiyaların kütləvi şəkildə redaktor problemi, maddi-texniki baza problemi var və bu da birbaşa maddi məsələlərlə bağlıdır. Bəzən isə bizdə saytlar istinad belə etmirlər. Məncə, bu, peşəkarlığın aşağı olmasının göstəricisidir. Ümumilikdə isə əsas məsələ maddi resursların həddindən artıq məhdud olması ilə bağlıdır. Onu da deyim ki, maddi resursların aşağı olması həmçinin, saytların və baş redaktorların durmadan sayının artmasına səbəb olur. Bu da bir tərəfdən məlum neqativ halların kütləvi xarakter almasına yol açır. Jurnalistin hazırladığı yazının içində görünməsinə gəlincə, təbii ki, hər bir müəllif öz yazısının içində görünməli və həmin yazının ruhunu təşkil etməlidir. Amma tərcümə etdiyi xəbərdə jurnalistin özünü göstərməsi, ya da istinadla verilən xəbərdə özünü nümayiş etdirməsi, məncə, tərbiyəsizlik və meşşanlıqdır”.

"Pressday.az” xəbər portalının baş redaktoru Azər Hüseynbala bildirib ki, qeyd edilən problem mediada çoxdan var. Hətta belə demək mümkündürsə, artıq bir ənənəyə çevrilib:

"Rəsmi tədbirlərdən, Milli Məclisin iclaslarından olan reportajlara diqqət edəndə bunun bir nəfərin yazdığı, sonra digər media orqanında çalışan dost-tanışlara ötürdüyü açıq görünür. Bunu jurnalistlər arasında həmrəylik, hətta yardımlaşma kimi qəbul etmək olar. Lakin əgər jurnalist öz imzasının tanınmasını istəyirsə, Milli Məclisin iclaslarında baş verən proseslərə, müzakirələr zamanı deputatların söylədiklərinə öz yanaşması olmalı, daha doğrusu, öz üslubunda yazmalıdır. Jurnalisti oxucuya, media aləminə tanıtdıran ilk növbədə onun yazılarıdır. Əgər başqasının yazdığını götürüb, hətta heç bir dəyişiklik etmədən aşağısına öz imzanı qoyursansa, bununla imzanı tanıtdırmaq mümkün olmayacaq. Bunu kiməsə sübut etməyə də ehtiyac yoxdur. Jurnalist faktlara, proseslərə özünəməxsus yanaşanda onun hazırladığı material da özünəxas olur. Məncə, son zamanlar jurnalistikamızda tanınmış imzaların azlığının səbəbi rəngarəngliyin olmamasından irəli gəlir. Əgər jurnalist yazısının aşağına imzasını qoyursa, mütləq yazıda özü görünməlidir. Yəni prosesə, fakta öz yanaşmasını, şərhini yazıda əks etdirməlidir”.

"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova da bildirib ki, vurğulanan problem son illər mediada tendensiyaya çevrilib: 

"Əslində hər kütləvi informasiya vasitəsinin öz oxucusu var. Onlar xəbəri ilkin mənbədən oxuduqlarını güman etdikləri üçün onun təkrar olduğunun fərqinə varmırlar. Amma elə oxucular da var ki, gündə onlarla informasiya resursundan yararlanır, onları təkrar yazılarla yormaq olmaz. Qeyd olunan hal "xəbər paylaşımı” və "media həmrəyliyi” deyil, sadəcə eyni tədbirdən bir neçə jurnalistin iştirak edib, yalnız birinin əziyyət çəkməsi deməkdir. Çünki ola bilməz ki, hamı eyni üslubda, eyni fikirləri yazsın. Düzdür, hər jurnalist üçün fərqli fikir söylənilmir, amma jurnalistin üslub və redaktə fərqliliyi olmalıdır axı. Xəbəri təqdimatdan, çatdırmaqdan çox şey asılıdır. Eyni tədbirdə olub fərqli yazmaq çətin iş deyil. Jurnalist var ki, çalışdığı redaksiyanın profilinə uyğun olaraq operativliyə, lakonikliyə və informasiya yükünə önəm verir, jurnalist də var ki, tədbirdə ancaq sensasiya axtarır”.

N.Qurbanova bildirib ki, xarici təcrübədə hər hansı informasiya resursu tədbirdən öz profilinə uyğun olan hissəni, fikri xəbərə çevirir:

"Bizdə bu cür təsnifatlaşdırma yoxdur, hətta ən peşəkar saydığımız media orqanları belə tədbirə jurnalist yollamaqla işini bitmiş sayır. Onun nəyi yazıb-yazmayacağı isə öz öhdəsinə buraxılır. Bunun da səbəbi ixtisaslaşmanın olmamasıdır. Müxbir də məcburdur ki, getdiyi tədbirdən nə olursa-olsun yazsın və onu redaksiyaya həmkarlarından tez ötürsün. Digərləri də onun kimi düşündüyü üçün hamı eyni xəbərdən yararlanır, nəticədə oxucu bir xəbərin eynisini digər resursda görməli olur. Əslində jurnalist nə yazmağından asılı olmayaraq, o yazının içində görünməlidir. Çünki hər jurnalistin öz dəst-xətti olur və ola bilməz ki, o, yazdığına özünəməxsus əlavə və dəyişiklik etməsin”.

"Azvision.az xəbər portalının müxbiri Anar Kəlbiyev bildirib ki, tədbirlərdə və Milli Məclisin iclaslarında fərqli xəbər yazmaq yalnız hansısa məmurdan təklikdə açıqlama aldıqda mümkündür: 

"Amma tədbir daxilində orada iştirak edən rəsmi şəxsin çıxışını və yaxud jurnalistlərə açıqlamasını hər kəs eyni verəcək. Ona görə ki, bu eyni açıqlamadır və hər kəs deyilən sözlərdən istifadə edib xəbər düzəldəcək. O sözlərdən istifadə etməklə fərqli məqalə hazırlamaq isə jurnalistin özündən asılıdır. Amma hər kəsin tədbirdən verəcəyi xəbərdə ümumi ifadələr, fikirlər təkrar olur. Burada operativlik önə çıxır, yəni çalışırsan ki, xəbəri hər kəsdən tez yazıb redaksiyaya göndərəsən və sənin xəbər saytında hər kəsdən tez çıxsın. Məncə, xəbərin sonunda jurnalistin adının verilməsi yaxşı haldır. Amma tədbirdən kənarda, yəni redaksiyada olduğu vaxt jurnalist elə xəbərlər tapmalı və ya mövzular işləməlidir ki, fərqlilik özünü göstərsin. Fərqli yazılar jurnalistin imzasının da ictimaiyyətdə tanınmasına xeyli kömək olur”. (sherg.az)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

09.06.2026
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

Lefke Avropa Universiteti Ruslan Quliyevlə bağlı başsağlığı verdi

09.06.2026
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı

09.06.2026
Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

Gəmiyə hücumda həlak olan iki Azərbaycan vətəndaşının nəşi tapıldı

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

İcra başçısına qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verildi

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Bu kollecə yeni direktor təyin olundu

Bu kollecə yeni direktor təyin olundu

09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az