Liviya sahillərində 335 miqrant xilas edildi


Liviya Hərbi-Dəniz Qüvvələri ötən gün Aralıq dənizində 335 miqrant xilas edib

Bu barədə Hərbi-Dəniz Qüvvələrinin komandanı Əyyub Qasım bildirib.  

"Miqrantlar Misir, Mərakeş və Əlcəzair daxil olmaqla bir neçə Afrika və ərəb ölkələrinin vətəndaşlarıdır", - deyə komandan bildirib.  

Onun sözlərinə görə, ümumilikdə, martın 10-da üç xilasetmə əməliyyatı keçirilib.  

Miqrantlar paytaxt Tripolidəki hərbi dəniz bazasına gətirib.  

Qaçqınlara tibbi yardım göstərildikdən sonra onlar Tripolidəki qanunsuz miqrasiya ilə mübarizə departamentinə aparılıblar.   (apa)