Polkovnik Sarkisyanın müharibə bəyanatına cavab verdi

Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı təzadlı gedişlər edir. İşğalçı dövlət bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu göstərmək üçün Moskvada keçirilən xarici işlər nazirlərinin toplantısına qatılır, bir tərəfədən cəbhədə vəziyyəti gərginləşdirir, Azərbaycan tərəfinə raket atır. Digər yandan isə prezident Serj Sarkisyan müharibənin hər an başlaya biləcəyinə dair bəyanat verir. Təbii ki, bu təzadlı gedişlər bir sıra suallar yaradır.
Ətraflı

Bakı ermənisi 29 il sonra Azərbaycanda - FOTOLAR

Xəbər verdiyimiz kimi, aprelin 27-də "Ermənistan Azərbaycan Sülh Platforması"nın ofisində Bakı şəhərində anadan olmuş, lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycandan köçməyə məcbur olan Erik Xaçaturovla "Ermənistan Azərbaycan Sülh Patforması"nın həmkoordinatorları və vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşü keçirilib. (APA)
Ətraflı

Moskvadakı Qarabağ danışıqlarının nəticəsi - BƏYANAT

“Aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib. 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb”.
Ətraflı

“Qarabağda hərbi əməliyyatlar istənilən an bərpa oluna bilər“ - Millət vəkilləri

"Aprel döyüşləri bir dönüş nöqtəsidir”. "Qaynar" xəbər verir ki, bunu APA-ya açıqlamasında keçən ilin aprel ayında cəbhədə baş verən gərginlik, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatının ildönümü ilə bağlı "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev söyləyib.
Ətraflı