• Xəbər lentİ
Fləş

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 07 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

“Qarabağda hərbi əməliyyatlar istənilən an bərpa oluna bilər“ - Millət vəkilləri

13:49 02.04.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
"Aprel döyüşləri bir dönüş nöqtəsidir”. "Qaynar" xəbər verir ki, bunu APA-ya açıqlamasında keçən ilin aprel ayında cəbhədə baş verən gərginlik, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatının ildönümü ilə bağlı "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev söyləyib.

R. Rzayev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı uzun müddətdir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların aparıldığını xatırladıb: 

"Təəssüflər olsun ki, hələlik Minsk Qrupunun həmsədrlərinin kifayət qədər beynəlxalq hüquqa söykənən ədalətli mövqelərini görə bilmirik, ikili standartlarla üzləşirik. Bu mənada aprel döyüşlərindən sonra Minsk Qrupu çərçivəsində bir sıra dönüşlər baş verdi, Azərbaycan prezidenti İlham Əliyev görüşlər keçirdi. Bəzi konfidensial məsələlərdən məlumatımız olmasa da, bu dönüşü hiss edirik”.

Millət vəkili aprel döyüşlərinin Azərbaycan ordusunun qüdrətini, müasir silahlardan istifadə bacarığını ortaya qoyduğunu da vurğulayıb:  "Ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirdi. Ordumuz öz vəzifə borcunu həyata keçirməyə hər an hazır olduğunu ortaya qoydu. Azərbaycan xalqımızın bu mövqeyi dünya ictimaiyyətinə də aydın oldu. Aprel döyüşləri Ermənistanın güclü ordusu olması və Azərbaycanın zaman keçdikcə torpaqlarını itirməsi ilə razılaşacağı barədə mifi puça çıxardı. Aprel döyüşlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Silahlı Qüvvələrimizin tam nəzarətinə keçdi. İnsanların böyük həvəslə tezliklə doğma kəndlərinə qayıtmaq arzusunu ortaya qoyması, dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı müvafiq sərəncamı da xüsusi qeyd etmək lazımdır. İnsanların hamısı öz kəndlərinə qayıtmaq, həyatlarını məhz bu kənddə davam etdirmək istəyir. Artıq kənddə yaşayış evləri tikilir, müvafiq infrastruktur yaradılır. Bu göstərdi ki, digər torpaqlarımız da işğaldan azad edilən zaman insanlar məhz öz torpaqlarına qayıdacaqlar. Bu, çox mühüm amildir”.

R. Rzayev aprel hadisələrinin xalqın Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, birliyin olduğunu ortaya qoyduğunu nəzərə çatdırıb: "Bu, dünyaya, Minsk Qrupunun həmsədrlərinə də bir mesaj oldu. Bu döyüşlərdə şəhidlərimiz oldu, onlara Allahdan rəhmət diləyirəm. Bizim hər birimiz torpaqlarımızın azadlığı uğrunda canımızdan keçməyə hazır olmalıyıq”.

Millət vəkili ötən gün dövlət başçısının aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçi ilə görüşünü və bu görüşdə verilən mesajları da yüksək qiymətləndirib: "Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazisində antiterror əməliyyatı keçirməyə və separatçı, işğalçı qüvvələri öz torpaqlarından çıxarmağa tam hüququ var. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülən işlər sayəsində bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü, qüdrətli ordusuna çevrilib. Dövlət başçısı hərbiçilərlə görüşündə bildirdi ki, keçən ilin aprelində Azərbaycan ordusu imkanlarının çox az bir qismindən istifadə edib. Apreldə qazanılan qələbə Azərbaycanın danışıqlar prosesində mövqeyini gücləndirib, yeni imkanlar yaradıb. Aprel hadisələri işğalçı Ermənistan ordusu məhz dinc əhalini hədəf alması ilə başladı. Aprel döyüşlərindən sonra dövlət başçısı cəbhəyanı bölgədə zərər çəkən əhali ilə görüşdü, dövlət vəsaiti hesabına dağıntıya məruz qalmış evlərin bərpasına başlandı. Eyni zamanda döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitləri təltif etdi. Hərbçilərlə görüş də göstərdi ki, Ali Baş Komandan hər zaman əsgər və zabitlərimizin yanındadır. Bu gün aparılan siyasətin əsas prioritet də məhz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır”.

Politoloq, millət vəkili Rasim Musabəyov APA-ya açıqlamasında deyib ki, aprel döyüşləri status-kvonun əbədi olacağı barədə baxışın puç olduğunu üzə çıxarıb: "Məlum oldu ki, hərbi əməliyyatlar istənilən an bərpa oluna bilər. Digər tərəfdən, aprel döyüşlərinə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi hər zaman lovğalanaraq bəyanatlar verirdilər ki, Ermənistanın hərbi üstünlüyə malikdir, Azərbaycanın öz torpaqlarını azad edə bilməz, hətta istəsələr, Kürə qədər irəliləyə bilərlər. Aprel döyüşləri Ermənistanın lovğalığını bitirdi, əksinə, konkret məğlubiyyətlə üzləşdilər. Müdafiə xəttinin yarılması, vacib strateji yüksəkliklərin azad edilməsi, nəhayət, Ermənistanın hərbi rəhbərliyinin istefaya göndərilməsi bunun təsdiqidir. Beləliklə, aprel döyüşlərində Azərbaycan ordusunun üstünlüyünü, kimlərinsə mövcud vəziyyəti, status-kvonu əbədi qoruyub saxlamaq iddialarının reallıqdan uzaq olduğunu nümayiş etdirdi”.

R. Musabəyov ötən gün hərbçilərlə keçirilən görüşdə dövlət başçısının bir daha Azərbaycanın mövqeyini ortaya qoyduğunu qeyd edib: "Azərbaycanın mövqeyi əslində hər zaman dəyişməz olub. İşğal edilən torpaqlar Azərbaycan əraziləridir və Azərbaycan öz torpaqlarını heç vaxt heç kimə güzəştə getməyəcək. Bunu gözləyənlər varsa, onlar yanılırlar. Dövlət başçısı da bir daha bəyan etdi ki, Azərbaycan mövqeyindən geri çəkilməyəcək. Əsas mesaj da budur. 

Eyni zamanda Ali Baş Komandan Ermənistana xəbərdarlıq etdi ki, həddini bir daha aşmasın. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın keçən ilin aprelində ordusunun imkanının az bir qismindən istifadə edib, ordumuzun bir daha Ermənistanın ağlını başına gətirmək üçün daha böyük imkanları var. Bu, həm də Ermənistanın son dövrlərdəki həyasızlığına bir cavabdır. Ancaq təbii ki, biz müharibə istəmirik, torpaqlarımızın danışıqlar yolu ilə qaytarılmasını arzulayırıq. Mahiyyətcə, danışıqların başlanılması dövlət başçısı tərəfindən dəstəklənib. Azərbaycan substansiv, yəni mahiyyət üzrə danışıqların bərpa olunmasına da hazırdır. Azərbaycan prezidenti hərbçilərlə görüşdə də bunu bir daha vurğuladı”.

MilliYol.Az


Etiket:

Digər xəbərlər

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Azərbaycanda ən çox və ən az olan heyvanlar

Azərbaycanda ən çox və ən az olan heyvanlar

06.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

06.06.2026
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

06.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az