Dövlət başçısının tapşırığına əsasən, ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə həyata keçirilən ilk layihənin icrası istiqamətində işlər davam etdirilir. İlkin olaraq Yasamal rayonu ərazisində salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.
Ətraflı
Bu gün islam aləminin ən müqəddəs bayramlardan biri olan Qurban Bayramı qeyd olunur. Bu bayram bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilmiş heyvanlar isə əsasən kasıblara, ehtiyacı olan insanlara paylanılır. Bayramı demək olar hər kəs sevinclə qarşılayır və imkanı çatdığı sayda qurban kəsdirir
Ətraflı
Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum günü qeyri-iş günü hesab olunacaq.
Ətraflı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib. İdarədən bildirilib ki, payız fəslində sutkanın qaranlıq vaxtı çoxalır.
Ətraflı
Bu dərs ili ödənişli əsaslarla təhsil alan tələbələr üçün o qədər də asan olmayacaq. Xüsusən də, bu il tələbə adını qazanıb dövlət sifarişi olmayan yerlərə qəbul olunanlar üçün. Belə ki, əvvəllər aztəminatlı ailələr övladlarının təhsilini davam etdirməsi üçün banklardakı istehlak və ya tələbə kreditlərindən istifadə edə bilirdilərsə, artıq bəzi banklar, məsələn, “Bank of Baku”, “AGBank”, “Turanbank”da tələbə kreditlərinin verilməsi dayandırılıb.
Ətraflı
Dünən 78 yaşında həyatını itirən Özbəkistan prezidenti İslam Kərimovun ailəsindəki qalmaqallar, xüsusilə onun qızı Gülnarə Kərimovayla bağlı baş verənlər illərdir ki, dünya mətbuatının gündəmindədir. Hazırda Londonda ev həbsi altında saxlandığı deyilən Gülnarənin oğlu kiçik İslam Kərimov və onun bacısı İmanın da ailə münaqişəsinə daxil edildiyi nəvə Kərimovun iki il bundan əvvəl verdiyi müsahibədən sonra bütün dünyaya məlum olmuşdu.
Ətraflı
Azərbaycan Təhsil Nazirliyi Qurban bayramı münasibətilə elan olunmuş qeyri-iş günləri ilə əlaqədar 2016/2017-ci tədris ilinin başlama vaxtının sentyabrın 19-na dəyişdirilməsi şayiələrinə münasibət bildirib.
Ətraflı
Yeni dərs ilinin başlamasına artıq sayılı günlər qalıb. Yüksək balla ali məktəbə qəbul olan tələbələrin bir çoxu regionlardan gəldiyindən onlar ev problemi ilə üzləşiblər. Bakıda mənzillərin kirayə qiymətlərinin bahalaşması tələbələrin işini daha da çətinləşdirib.
Ətraflı
Son günlər havaların həddindən artıq isti keçməsi insanların səhhətində bir sıra problemlər yaradıb. Ekspertlər xəbərdarlıq edir ki, xüsusən avqust ayındakı anomal istilərdə günün müəyyən saatlarında açıq havada olmaq insanların səhhətinə mənfi təsir göstərir.
Ətraflı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt” xidmətinə Nabran ərazisində məişət tullantılarının idarə olunmaması, eyni zamanda meşə ərazilərinə atılması barədə daxil olan məlumat dərhal şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
Ətraflı
“...Gecə atam bir kişi ilə evə gəldi. Atamdan qonağın kim olduğunu soruşdum. Əvəzində kişi cavab verdi ki, atan səni qumara qoyub, mən də udmuşam. Həmin kişi ilə dalaşdım, buna görə də atam məni möhkəm döydü. Evdən qaçdım, həmin gün qorxumdan yaxınlıqdakı binanın damında gecələdim...”
Ətraflı
Son günlərdə əksərən gecə saatlarında Bakının, eləcə də bölgələrə gedən bir çox magistral yolların işıqları söndürülür. Zülmətə boyanan bu yollarda isə sürücülərin hərəkət təhlükəsizliyi çətinə düşür.
Ətraflı
Çörəyin və bəzi kommunal xidmət tarifinin artırılmasından sonra nəqliyyatda gediş haqqının qaldırılacağı deyilir. Əhali arasında sentyabr ayından etibarən metroda gediş haqqının 50 qəpik olacağı barədə məlumatlar dolaşır.
Ətraflı