Mətbuatda gənc azərbaycanlı aktrisa Mila Əminənın dünyasını dəyişməsi ilə bağlı üzücü xəbər yer aldı. Məlum oldu ki, aktrisanın ölümünə meningit xəstəliyi səbəb olub.
Ətraflı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib Ətraflı
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qazaxda təşkil olunan reyd zamanı nəqliyyat vasitələrini sərxoş halda idarə edən, sürücülük hüququ olmayan, ötmə qaydalarını pozaraq qəza şəraiti yaradan, habelə digər təhlükəli xətalar törədən sürücülərə qarşı müvafiq inzibati tədbirlər görülüb Ətraflı
Biləcəri stansiyasının tək yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq avqustun 13-dən 22-nə qədər Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yanvarın 7-də təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq Ətraflı
Azərbaycanda ot və yem məhsulları bahalaşdığından fermerlərin süd istehsalına marağı azalıb. Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı kəskin artıb. Belə ki, 2016-ci ilin ilk 6 ayı ərzində respublikaya 3,425.79 dollarlıq 2,306.97 ton süd idxal olunduğu halda, 2017-ci ilin ilk 6 ayı ərzində 5,814.76 dollarlıq 3,656.99 ton süd gətirilib. Yerli süd istehsalı azaldığından kərə yağının istehsalı da aşağı düşüb. 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə 27,570.32 dollarlıq 7,801.71 ton kərə yağı idxal olunub Ətraflı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Lənkəran, Lerik, Yardımlı, Masallı, Astara, Cəlilabad) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirib Ətraflı
Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün səhər 9.00-da başa çatıb. Nəticələr yaxın 3 gün ərzində elan olunacaq. Daha sonra boş qalan yerlərə əlavə qəbul aparılacaq Ətraflı
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəri məhkəmə p
rosesi keçirilib Ətraflı
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər Ətraflı
Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib Ətraflı
Rusiyanın Təhsil Nazirliyi astronomiyanın yenidən yuxarı siniflərin proqramına sərbəst fənn kimi daxil edilməsi ilə bağlı qərar verib. Nazir Olqa Vasilyevanın sözlərinə görə, kosmosa ilk insanı göndərmiş ölkənin vətəndaşlarının astronomiyadan xəbərdar olmaması utancvericidir Ətraflı