"Sabah" kapitanını göndərdi

Eldar Mahmudovun əlindəki 2800 seks videosu ələ keçdi - İDDİA

Dövlət Təhlükəsizliyi Xidmətinin reket jurnalistlərə qarşı keçirdiyi əməliyyatlar maraqlı mənzərəni üzə çıxarıb. Ötən gün son dərəcə sensasion açıqlamalar verən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib ki, həmin jurnalistlər müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər.
Ətraflı

DTX və DİN əməliyyat keçirdi

Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq razılığı olmayan, habelə dini nifrət və ayrı-seçkilik ehtiva edən dini təyinatlı ədəbiyyatların mövcudluğu haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Qaradağ rayonu ərazisində yerləşən iki ünvana baxış keçirilib.
Ətraflı

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı AÇIQLAMA

"Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXK) rəhbəri ilə görüşüb müzakirələr aparmışam. Onlar Dilqəm və Şahbazın qondarma məhkəmə tərəfindən cəzalandırılmasının beynəlxalq hüquqi normalara uyğun olmadığını, bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər".
Ətraflı

Suriya ermənilərinin Zəngilanın Xanlıq kəndində nə işi var?

Ermənistandan Suriyadan qaçan erməni ailələrinin bir hissəsini Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirdiyi məlumdur. Əslində Suriyadakı müharibənin alovları ermənilərin sıx yaşadıqları şəhər və qəsəbələri bürüyəndə dünya erməni mafiyası bunu Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırmanı genişləndirmək üçün füsrət kimi görürdülər və planlaşdırılırdı ki, on minlərlə erməni bu ərazilərdə məskunlaşdırılsın.
Ətraflı