İranda terror aktının qarşısı alınıb


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin cənubundakı Saravan şəhərində terror aktının qarşısını alıb

Trend-in məlumatına görə, partlayış İİKK bazasının yaxınlığında törədilməli imiş.

Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində iki terrorçunun zərərsizləşdirildiyi məlumat verilib. Daha bir terrorçu isə özünü partladıb.

Hadisə nəticəsində İİKK-nin iki əməkdaşı yaralanıb.


MilliYol.Az