Əfqan Sadıqov həbs edildi

İmtahan ödənişləri artırılacaq? - DİM sədrindən açıqlama

"İmtahanlar üzrə ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb".

MilliYol.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır.

"Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq", - sədr qeyd edib.

DİM sədri əlavə edib ki, builki qəbul imtahanlarının vaxtı aidiyyəti qurumlarla müzakirə edilib. Yaxın vaxtlarda cədvəllər ictimaiyyətə təqdim olunacaq.

 

Bu dövrdə xəbər yoxdur.

İmtahan ödənişləri artırılacaq? - DİM sədrindən açıqlama - Milliyol.az