Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adlar verilib - Siyahı


Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

APA-nın məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə, mədəniyyət və incəsənət sahəsindəki nailiyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:


“Əməkdar rəssam”
 

Qurbanov Seyfəddin Əli oğlu

Məmmədov Rəhim Əliağa oğlu.

 
“Əməkdar artist”


Manafzadə Turan İslam qızı

Məmmədova Elnarə Tofiq qızı

Nuriyev Mais Şükür oğlu.

MilliYol.Az
Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adlar verilib - Siyahı - Milliyol.az