Ərdoğandan təbrik mesajı: Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik

"Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə ölkəm və xalqım adından səmimi-qəlbdən təbriklərimi çatdırıram."

MilliYol.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğanın 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü ilə bağlı "X" platformasındakı paylaşımında bildirilir.

Paylaşlımda daha sonra deyilir:

"Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz azərbaycanlı türk qardaşlarıma salamlarımı göndərirəm".