Cəlilabad İcra Hakimiyyətində özbaşnalıq - Prezidentə şikayət

Cəlilabad rayon sakini Bayramov Hasil Əhmədağa oğu prezident İlham Əliyevə müraciət ünvanlayıb. Rayon sakini dövlət başçısına rayon İcra Hakimiyyətindən şikayət edib. Həmin məktubu təqdim edirik:

Möhtərəm prezident, ilk öncə sizi İslamiadadakı uğurlar münasibətilə təbrik edirəm. Bu gün Azərbaycan adını dünyaya tanıtdırdığımızı məhz Heydər Əliyev siyasi kursunun davamı kimi qiymətləndiririk.

Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər, ölkədə baramaçılıq,pambıqçılıq,üzümçülük,çəkər çuğundurunun əkilməsi və bir sıra kənd təsərrüfatı məhsullarının istehsalına yetirdiyiniz diqqət habelə bu ilin “Kənd təsərrüfatı ili “ elan etməyiniz məni təkrar müraciət etməyə ruhlandırdı.

Keçən il may ayında sizə məktubla müraciət edərək bir sıra sənədlərlə birlikdə Cəlilabad RİH tərəfindən illərdir həll edlməyən problemim barədə sizə məlumat vermişdim. Onu da qeyd etməliyəm ki, Cəlilabad RİH-ə dəfələrlə müraciət edərək Azərbaycan Konstitusiyasının 57-ci və 94-cü maddəsinin I hissəsinin I bəndini yadlarına salaraq “Vətəndaşların Müraciəti Haqqında”Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixində imzaladığınız qanunu xatırlatmışam. Məktubumdan sonra Rayon İcra Hakimiyyətinə dəvət olunaraq RİH-in tədbirlərinə maddi və mənəvi dəstək verməyimin müqabilində yaxın vaxtlarda öz həllini tapacağı vəd edilsə də, bir ilin tamamında mənə köməklik edilməyərək, bütün bu işlərin RİH-ın keçmiş başçısı T.Qaraşovun vaxtında olduğunu bəhanə gətirərək müraciətimə baxılmadı. Çünkü 210 min əhalisi olan aqrar rayon Cəlilabada aqrar sahəni bilən mütaxəssis rəhbərlik etmir. Belə olmasaydı, bu gün vaxtilə şöhrəti dillərdə gəzən Cəlilabadın ən azı sosial-maddi rifahı Azərbaycanımızın ən öndə gedən regionuna çevrilərdi. RİH-in aparatında çalışan məmurlar sanki dövlətdən pensiya müavinatı alır və onların faydalı iş əmsalı 0-a bərabərdir. Heç biri söz sahibi deyil və morionet kukla kimi ançaq başçının dediyi işi yerinə yetirir. Rayon suvarma sistemləri işləmir, onlar sökülüb və yerləri ticarət və məişət obyektləri, şadlıq evləri kimi tikililərüçün satılıbdır. Möhtərəm prezident mən bir Azərbaycan vətəndaşı kimi Sizi tanıyır, Prezidentim kimi qəbul edir və Sizdən də köməklik etməyinizi rica edirəm.
  
Məktubumun sizə şəxsən çatdırıldığına ümidvaram. Xahiş edirəm keçən ilki məktubumda göstərilənləri, əlavə edilən ilkin sənədlərimi və ən azından haqq-ədaləti nəzərə alaraq mənə şəxsən öz köməkliyinizi əsirgəməyəsiniz.

MilliYol.Az
Cəlilabad İcra Hakimiyyətində özbaşnalıq - Prezidentə şikayət - Milliyol.az