Əfqan Sadıqov həbs edildi

Buraxılış imtahanlarının nəticələri nə üçün gec açıqlanır? (AÇIQLAMA)

Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.

MilliYol.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir.

"Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır", - deyə əlavə edilib.

Qeyd edək ki tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.

Bu dövrdə xəbər yoxdur.

Buraxılış imtahanlarının nəticələri nə üçün gec açıqlanır? (AÇIQLAMA) - Milliyol.az