BDU səs yazısı yayılan müəllimi işdən çıxardı

Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.

Universitetdən MilliYol.Az-a verilən xəbərə görə, səs yazısı yayılan müəllimin əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb.