Əfqan Sadıqov həbs edildi

Azərbaycanlı tələbə ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbul aldı  

Azərbaycanlı tələbə ABŞ-nin məşhur universitetinə 420.000 dollarlıq təqaüdlə qəbul alıb.

MilliYol.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

Belə ki, BMU-nun Memarlıq və inşaat fakültəsinin builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən ABŞ-nin Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya 420.000 dollarlıq tam təqaüdlə qəbul alıb.

Turqut Əfəndi, eyni zamanda elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq 2 elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib.

BMU məzunu, həmçinin “Breyn rinq”, “Xəmsə”, “Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olub.

 

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanlı tələbə ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbul aldı - Milliyol.az