Əfqan Sadıqov həbs edildi

Azərbaycanlı məktəbli: "İstanbul şəhərinin 4-cü körpüsünü mən tikmək istəyirəm" (FOTO)

Allahverdi Yusif Ramil oğlu Avropa - Azərbaycan məktəbinin 3-cü sinif şagirdidir. Riyaziyyat fənnini sevən Yusif bu fənn üzrə keçirilən beynəlxalq olimpiadaların dəfələrlə qalibi olub.

Azərbaycanı Beynəlxalq Olimpiadalarada təmsil edən balaca Yusiflə qısa söhbətimizi sizə təqdim edirik.

- Yusif necə oldu ki, beynəlxalq olimpiadalarda iştirak etmək qərarına gəldin?
- Mən riyaziyyatı çox sevirəm, özümü yarıışlarda yoxlamaq istədim. Müəllimlərimin məsləhəti ilə olimpiadalara qatıldım.

- Hansı olimpiadalarda iştirak etmisən?
- ABŞ-da keçirilən Kopernik Olimpiadasinda iştirak edib bürünc medal qazanmışam. Beynəlxalq STEM Olimpiadasında isə ayrı-ayrı vaxtlarda 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmışam. Bundan əlavə Pangea, və Callenge Olimpiadasindalarından da bürünc medallar qazanmışam.

- Yenə olimpiadalara qatılmaq fikrin var?
- Bəli, Almaniyanın Berlin şəhərində keçiriləcək Pangea Olimpiadasının Grand Finalına vəsiqə qazanmışam. Eyni zamanda ABŞ-ın Kopernik və Fransada keçiriləcək STEAM Olimpiadalarının finallarında iştirak etmək üçün dəvət almışam.

- Yusif böyüyəndə kim olmaq istəyirsən?
- Mühəndis olmaq istəyirəm. İstanbul şəhərinin 4-cü körpüsünü mən tikmək istəyirəm. Mən o körpünü tikəcəm və mənə inanmayanlar o körpüdən keçəndə yıxılacaq...

- Sənə uğurlar arzulayırıq!

Bu dövrdə xəbər yoxdur.

Azərbaycanlı məktəbli: "İstanbul şəhərinin 4-cü körpüsünü mən tikmək istəyirəm" (FOTO) - Milliyol.az