Azərbaycana Vyetnamdan 516 ton naqqa balığı gətirilib - Kilosu 2,6 manata

Bu ilin ilk 8 ayı ərtzində Azərbaycana Vyetnamdan 515,5 ton dondurulmuş naqqa balığı idxal edilib.

Yeniavaz.com xəbər verir ki, əvvəlki illə müqayisədə naqqa balığının idxalı 102,5 ton və ya 25% artıb.

Qeyd edək ki, ötən ilin ilk 8 ayında Vyetnamdan gətirilən naqqa balığının 1 kiloqramının gömrük dəyəri 2,5 manat olduğu halda, bu ilin ilk 8 ayında 2,6 manat olub.

Məlumat üçün bildirək ki, naqqa pulcuqsuz və yırtıcı balıq hesab olunduğu üçün Azərbaycanda daha az istehlak edilir.