Azərbaycan və Aİ arasında yeni saziş üzrə növbəti danışıqların vaxtı açıqlandı

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti raundu oktyabrın 2-3-də Brüsseldə keçiriləcək

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. O qeyd edib ki, danışıqlar zamanı siyasi sahədə razılaşmalar müzakirə olunacaq.

Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək. (Trend)

MilliYol.Az

Azərbaycan və Aİ arasında yeni saziş üzrə növbəti danışıqların vaxtı açıqlandı - Milliyol.az