“ASAN xidmət” işçilərinin peşə bayramı günü təsis edildi


Prezident İlham Əliyev "ASAN xidmət" işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb

Sərəncamda deyilir ki, Azərbaycanda ilk "ASAN xidmət" mərkəzinin 2012-ci il dekabrın 29-da fəaliyyətə başladığını nəzərə alaraq, hər il dekabrın 29-u "ASAN xidmət" işçilərinin peşə bayramı günü kimi qeyd edilsin.