Argentinanın eks-prezidentinə qarşı cinayət işi açıla bilər

Argentinanın eks-prezidenti Kristina Fernandes de Kirşner və övladları Maksimo və Florensiyaya qarşı cinayət işi açıla bilər

Onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.

Artıq dövlət büdcəsindən talanmış vəsaitlərin yuyulması Kirşner ailəsinə yaxın olan adam Lasaro Baes barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Kristina Fernandes de Kirşner 2007-2015-ci illərdə Argentinanın prezidenti olub, hazırda senatordur.(Report)

MilliYol.Az