Ağdaşda bələdiyyə sədri xərçəngdən vəfat etdi

Ağdaş rayonunun Kotanarx kənd bələdiyyəsinin sədri Əli Lətifov dünyasını dəyişib. Onun ölüm səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əli Qarakişi oğlu Lətifov uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, xəstəliklə mübarizədən sonra vəfat edib.

Qeyd edək ki, mərhumun oğlu Qara Lətifov Ağdaş Rayon İcra Hakimiyyətinin Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır.