Ada Süleymanova ilə qəzada həlak olan Anar iş adamının oğlu deyil (YENİLƏNİB/VİDEO)

Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı yayılan məlumatlar təkzib edilib.

MilliYol.az xəbər verir ki, "Metak" şirkətinin icraçı direktoru Aydın Kərimov da məsələ ilə bağlı açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik:

14.29

Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.

MilliYol.az xitab24.az-a istinadla xəbər verir ki, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.

Alik Kərimov "Metak" şirkətinin rəhbəridir.

Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.