"Rəsmi Bakı Ermənistanın yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndirir".
MilliYol.az verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 23-də Bakıda italiyalı həmkarı Antonio Tayani ilə brifinqdə deyib.
O xatırladıb ki, Azərbaycan-Ermənistan arasında sülh sazişi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit çərçivəsində iki ölkə tərəfindən paraflanıb:
"Saziş ictimaiyyət üçün açıqdır, nəşr edilib. Azərbaycan tərəfinin həm o zaman, həm də indi açıqdır. Azərbaycan tərəfi son imzanı qoymağa bir şərtlə hazırdır ki, Ermənistan kons Azərbaycana adi ərazi iddiaları çıxarılsın. Bunun nə zaman baş verməsi isə sırf Ermənistanın daxili işidir. Zaman belə gətirdi ki, bəli, bu gün bu yöndə inkişaf gördük. Baş nazir Paşinyan yeni Kons mətnini açıqladı. Mən bu layihə ilə bağlı şərh vermək istəmirəm, yenə də deyirəm, bu onların daxili işidir. bizi tək maraqlandıran odur ki, yeni layihədə Azərbaycana qarşı ərazi iddiası olmasın. Yeni layihədə görünür ki, bu müddəa yoxdur və biz bunu müsbət qiymətləndiririk".






























