Əfqan Sadıqov həbs edildi

20 nömrəli məktəb bağlandı - Kütləvi yoluxma

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən MilliYol.az-a verilən xəbərə görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Bu dövrdə xəbər yoxdur.

20 nömrəli məktəb bağlandı - Kütləvi yoluxma - Milliyol.az