Millət vəkili Rafael Cəbrayılovun külli miqdarda borcunun yaranması qardaşı Elşən Cəbrayılovun Türkiyədə tikinti biznesi qurması ilə bağlıdır.
MilliYol.Az xəbər verir ki, bu barədə məlumatı Yenisabah.az-a Rafael Cəbrayılovdan şikayətçi olanlardan biri verib. Adının açıqlanmasını istəməyən şikayətçi bildirib ki, Elşən Cəbrayılov Türkiyənin İstanbul şəhərində Bəydüzü adlanan ərazidə hündürmərtəbəli binalar tikir.
Məlumatda deyilir ki, tikinti biznesinə yatırılan pullar Azərbaycandan ayrı-ayrı vətəndaşlardan alınan borclar və banklardan götürülən kreditlərdir. Elşən Cəbrayılovun Türkiyədə işlərinin necə getdiyi barədə dəqiq məlumat yoxdur. Lakin iddialara görə, Rafael Cəbrayılov borclularla danışarkən qardaşını ittiham edirmiş. Bildirimiş ki, bu oyunları onun başına qardaşı açıb.
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan toplam 840 min ABŞ dolları (Təranə Fətəliyeva 300 min, Xatirə Nəcəfova 300 min, Yusif Orucov 240 min) məbləğində pul alıb. Bu pullar deputata Binəqədidə inşa etdiyi binalardan mənzil alınması üçün verilib. Lakin indiyə həmin şəxslərə nə mənzil verilib, nə də pulları geri qaytarılıb. Rafael Cəbrayılovu ictimai hədəfə gətirən təkcə külli miqdarda borcu olması deyil. Məsələ burasındadır ki, o, bu pulları qaytaracağına əminlik yaratmaq III və IV çağırış deputat vəsiqələrini girov qoyub.