Üç ildir insan alverinə görə axtarışda olan 40 yaşlı Aygün Kərimova (ad-soyad şərti) həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) maddəsi ilə yekun ittiham elan edilib.
Xanım müttəhim iki nəfər həmcinsini cinsi istismara məruz qoymaqda təqsirləndirilir.
İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Digər xəbərlər
loading...