Türkiyənin Konya vilayətində 23 yaşlı azərbaycanlı Tehran Alimov özünü ticarət mərkəzinin 42-ci mərtəbəsindəki restorandan aşağı atıb
Alış-veriş mərkəzinin mətbəxinin damına düşən şəxsin bədənində çoxlu qırıqlar olduğundan vəziyyəti ağırdır və hazırda reanimasiyada saxlanılır.
Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə KİV-I məlumat yayıb. Hadisə ötən həftənin şənbə günü günorta saatlarında Selcuklu qəsəbəsinin Feritpaşa məhəlləsi, Kule küçəsində baş verib.
Mənbənin yazdığına görə, T. Alimov binanın mətbəxinin damına düşərək ağır yaralanıb və bir müddət yerindən qalxa bilməyib. Yaxınlıqdakı insanların müraciətindən sonra polis və təcili tibbi yardım əməkdaşları əraziyə gəlib və tavanı qıraraq yaralını xərəkdə aşağı düşürüblər. İlkin tibbi yardımdan sonra o, Meram Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib.
Üzərində heç bir sənəd olmadığından polis yaralının kimliyini müəyyənləşdirmək üçün mobil telefonunda araşdırma aparıb.
Hazırda reanimasiyada yatırılan azərbaycanlının ailəsi və ya yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.
Hadisəsinin hansı səbəbdən baş verdiyi məlum deyil, faktla bağlı araşdırma aparılır.
MilliYol.Az