Azərbaycan klublarının hamısı ilk turda Avropa Liqasını tərk etdi
Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Сavab oyunları çərçivəsində baş tutan qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxıb. Öncə Bakıdakı matç start götürüb. “Keşlə” öz meydanında “Baltsan”ı qəbul edib. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini 2:1-lə çıxsa da, bu, mərhələ keçmək üçün yetərli olmayıb.
“Qəbələ” Lüksemburqda “Proqres”lə görüşüb. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşını tək qolla alıb. Amma Stiv Monrozun vurduğu qol turu keçməyə kifayət etməyib.
“Neftçi” isə Macarıstanda “Uypeşt”in qonağı olub. Bakılılar 3:1 hesablı qələbədən sonra səfərə üstün yollansa da, meydan sahibləri paytaxt təmsilçisini şoka salıb. Roberto Bordnin komandası 0:4 hesablı darmadağınla Budapeştdən boynubükük dönür.
Qeyd edək ki, Avropa Liqasında bütün klubların I təsnifat mərhələsində mübarizəni dayandırması futbolumuzda böhran yarandığından xəbər verir. Bu da təsadüfü deyil. “AzPolitika.info”ya verilən məlumata görə, futbol klublarına nəzarət edən oliqarxlar pul kisələrinin ağzılarını bağladığından, onların bir çoxu əsas oyunçularını itirib. Qalanlar da stimul olmadığından, əvvvəlki kimi oynamırlar. Nəticədə “Qarabağ” istisna olmaqla bütün klublar ilk turda Avrokuboklarda mübarizəni dayandırdılar.
Məlumatlı mənbə iddia edir ki, belə davam edərsə, bəzi klublar ümumiyyətlə fəaliyyətini dayandıra bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...