"Qarabağ" Topaz Premyer Liqasının 19-cu turunda "Zirə"yə 2:0 hesabıyla qalib gəlib
Oyunda ilk qolun müəllifi olan Dani Kintana jurnalistlərə müsahibə verib.
"Erkən qol vurmaq xeyrimizə oldu. Az sonra ikinci dəfə də fərqləndik. Oyunun kontrolunu ələ aldıq. Düşünürəm ki, 3 xala layiq idik".
- Oyunun gedişində bir neçə dəfə mövqeyini dəyişdin. Bu, əvvəlcədən verilən tapşırıq idi?
- Baş məşqçi mənə meydanda sərbəstlik, azadlıq verib. Buna görə də sevinirəm. Bu, oyunda uğurlu alındı. Matçın gedişində belə hallar olur.
- Növbəti oyununuz "Neftçi"yə qarşıdır. Rəqibiniz son zamanlar yaxşı formadadır. Azərbaycan derbisi haqda düşüncələriniz maraqlıdır...
- Bilirik ki, yaxşı formadadırlar. Ardıcıl qələbə qazanırlar. Biz də "Qarabağ" olaraq meydana qələbə üçün çıxacağıq. "Neftçi"nin işini çətinə salmağa çalışacağıq.
- "Qəbələ" çempionluq yarışından erkən qopdu. Xal fərqi 10-a bəravərdir. "Qəbələ"nin belə mübarizədən kənar qalması sənin üçün gözlənilməz olmadı?
- Əslinə qalsa, "Qəbələ"nin xallar itirməsi təəccüblü oldu. Ancaq heç kəsi hesabdan silmirik. Riyazi cəhətdən şansları var. Mübarizə davam edir. Hər oyuna qələbə üçün çıxırıq. Addım-addım gedirik. Növbəti 9 turda da qalib gəlmək üçün çıxacağıq.
- Səncə irəli xəttdə Ramil Şeydayev daha istedadlıdır, yoxsa Mahir Mədətov?
- Gəlin, bu məsələləri müzakirə etməyək. Hamısı bizim üçün vacib futbolçulardı. Bu oyunda Ramil start heyətdə çıxış etdi. Qərarları baş məşqçi verir.(goal.az)
Digər xəbərlər
loading...