Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanladı

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik məktubları ünvanlayıb.

MilliYol.az xəbər verir ki, bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

Təklif deputatlar tərəfindən alqışlarla qarşılanıb.