COP29 Sədrliyi bəyanat yaydı

Egey sahilinin incisi İzmir

Arvadının gözü önündə xəyanət edən, tələbələrinin arvadları ilə yatan dahi azərbaycanlı

Həftənin yalnız bir gününü həyat yoldaşına həsr edən Landau sevişmək üçün uzağa getmirdi, qadınları evinə gətirirdi. İllərlə Landaunun etdiyi xəyanətlərə dözən həyat yoldaşı sonda dilə gəlir və tələb edir ki, daha evdə sevişməsin, özünə başqa yer tapsın. Qəzaya düşən günü Landau öz tələbəsinin həyat yoldaşı ilə sevişmək üçün bağa yola düşür və müdhiş qəza o yolda baş verir. Sonralar həyat yoldaşı xatirələrində peşmançılıq hissi keçirdiyini yazırdı: “Əgər mən imkan versəydim o, evdə sevişsin, qəzaya düşməzdi”.
Ətraflı

Papa fitvası və Avropada gedən dini müharibələr - V YAZI

Fransız Petr Valdo (davamçıları valdes adlanırdı) katolik kilsənin nümayəndələrinin dəbdəbəli həyat tərzinə qarşı çıxanda və “İncil”ə əsasən əməlisaleh işlərin həyata keçirilməsini təbliğ edəndə, elə zənn etmişdi ki, pontifik bu işdə ona yardımçı olacaq. Lakin xeyirxah əməlin əvəzinə o, küfrdə təqsirləndirilərək 1184-cü ildə həbs edilmiş və ən ağır işgəncələrə məruz qalmışdı. Onun davamçıları olan valdeslərə hər yerdə divan tutulmuşdu. Yalnız 1211-ci ildə Strasburq şəhərində onlardan 80 nəfəri tonqalda yandırılmışdı.
Ətraflı

Pontifikin sərsəm fikri və milyonlarla qırılan Amerika hinduları - IV YAZI

Roma pontifiklərinin xeyir-duası ilə dördüncü qitəyə yollanan xaçpərəstlər bərəkətli, münbit torpaqda məskunlaşan, xüsusən də möhtəşəm mədəniyyət abidələri və özünəməxsus sivilizasiya yaratmış iki mindən çox dilə mənsub olan aborigenləri fiziki cəhətcə məhv etməklə, bəşəriyyət tarixində ən uzunmüddətli, miqyaslı bir soyqırım təşkil etmiş və bu ləkə əbədi olaraq, qatillərin tarixinə yazıldı.
Ətraflı

Pontifiklərin cinayəti sayılan səlb yürüşləri - II YAZI

Xalqların başına bəla onda gəlir ki, dini rəhbərlər, xüsusən də Müqəddəs Pyotr taxt-tacında əyləşmiş pontifiklər səlahiyyətlərindən istifadə edərək siyasətə baş qoşur və fitva məzmunlu bəyanatlar verir. Əlbəttə ki, bu iki halda baş verə bilər: ya həmin şəxs maraqlı tərəfdən bahalı bəxşişlər alır, ya da ki, digər dinlərə mənsub olanlara ifrat düşmənçilik bəsləyir. Pontifiklərin orta əsrlərdəki fəaliyyəti onu göstərdi ki, onlar nəinki dini zəmində başqa xalqlara nifrət bəsləmiş, hətta irqi düşmənçiliyə böyük dəstək verərək, milyonlarla günahsız insanı fiziki cəhətcə məhv edilməsində mühüm rol oynamışdılar. Halbuki katolik papanın əsas funksiyası dünyada tolerantlığı nümayiş etdirmək, sülh və əminamanlığın bərqərar olması uğrunda mübarizə aparmaqdan ibarətdir. Lakin onların bir çoxlarının tarixdəki fəaliyyəti fitnə-fəsadlara yol açır və əksər hallarda qanlı münaqişə ocaqlarının yaranmasında şeytan funksiyasını yerinə yetirirdilər.
Ətraflı