COP29 Sədrliyi bəyanat yaydı

Egey sahilinin incisi İzmir

Zərdabinin qızı atasının sümüklərini 7 il evində gizlədib (MÜSAHİBƏ)

Bakının dalda məhəllərinin birində, uçuq-sökük daxmalar arasında bir ev var. Pilləkənlərini çətinliklə qalxırıq. Dəmir qapının o üzündəki kiçik həyətin o qədər gözəl aurası var ki… Eynən sahibəsinə bənzəyir. Bura Azərbaycanın dahi mütəfəkkiri, milli mətbuat və teatrımızın banisi, qadın təhsilinin ilk carçılarından biri olan Həsənbəy Zərdabinin nəticəsi, onun soyadını daşıyan yeganə insanın – Rəbiyyə xanım Zərdabinin evidir…
Ətraflı

Mətbuatımızın siması olmuş qəzetlər: onlar indi yoxdur (SİYAHI)

Əsası “Əkinçi” qəzeti ilə qoyulan Milli Mətbuat Gününün 142-ci ildönümünü qeyd edirik. Bu tarixin 25 ili müstəqil Azərbaycan mediasının səhifələri təşkil edir. Bu illər ərzində parlayıb sönən çox qəzet oldu. Bu qəzetlər bu gün çıxmasalar da adları yaddaşda qalıb. Son 25 il ərzində Azərbaycanda populyarlıq qazanan, lakin müxtəlif səbəblərdən bağlanmaq məcburiyyətində qalan qəzetləri yada salmaq istədik. Yaxın keçmişdə ölkə mediasının simasına çevrilmiş həmin qəzetlər hazırda Ədliyyə Nazirliyinin reyestrində olsa da, dərc olunmur, qapanıb. Və bir daha çıxacaqlarına da güman yoxdur. Lakin bu qəzetlərin yetişdirdiyi jurnalist imzaları ölkədə peşəkar media ənənələrinin formalaşmasında öz töhfələrini verib.
Ətraflı

Deputat 14 yaşlı “sürücü”yə görə yol polisindən cavab istədi

“Bir az öncə çox bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içən, qəlyan çəkən yerdə... Həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə "ata-analar öz övladlarını necə bədbəxt edirlər" deyə, danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır”
Ətraflı