Bu gün Azərbaycan Polisi Günü qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra - Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil polis orqanları yaradılıb.
Azərbaycanın ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub. O, 1918-ci ilin 28 may - 17 iyun tarixilərində - 20 gün bu vəzifəni tutub. Xalq Cümhuriyyəti dövründə daha 5 nəfər bu vəzifəni icra edib.
AXC dövrünün daxili işlər nazirlərindən Fətəli Xan Xoyski Tiflisdə "Daşnaksutyun" partiyasının üzvləri tərəfindən qətlə yetirilib (1920-ci il 19 iyun). Behrud xan Cavanşir 17 iyul 1921-ci ildə İstanbulda erməni Misak Torlakyan tərəfindən öldürülüb. Nəsib bəy Yusifbəyli 31 may 1920-ci ildə Kürdəmirdə, Məmmədhəsən Hacinski 8 mart 1931-ci ildə Tiflisdə qətlə yetirilib. Mustafa ağa Vəkilov 1943-cü ilin 30 aprelində sürgündə vəfat edib.
Xəlil bəy Xasməmmədov isə 1945-ci ildə İstanbulda dünyasını dəyişib. O, AXC-nin süqutunu Türkiyədə öyrənib. Həmin vaxt o, qardaş ölkəyə yenicə səfir təyin edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirləri
1. Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28 may 1918 - 17 iyun 1918)
2. Cavanşir Behbud xan Azad xan oğlu (17 iyun 1918- 26 dekabr 1918)
3. Xasməmmədov Xəlil bəy (26 dekabr 1918- 16 iyun 1919)
4. Yusifbəyli Nəsib bəy Yusif oğlu (16 iyun 1919- 22 dekabr 1919)
5. Hacınski Məmmədhəsən Cəfərqulu oğlu (22 dekabr 1919- 15 fevral 1920)
6. Vəkilov Mustafa ağa Nadir ağa oğlu (15 fevral 1920- 28 aprel 1920)
Ölkəmiz SSRİ tərəfindən işğal olunduqdan sonra ilk daxili işlər naziri Həmid Sultanov olub. 1920-ci ilin 20 aprelində bu posta təyin edilən Sultanov 1921-ci ilin 1 iyununadək vəzifəsini icra edib. O, Azərbaycanın görkəmli maarifçisi, publisist və ədəbiyyatşünası Firidun bə Köçərlinin güllənmə əmrini verib (4 iyun, 1920-ci il). Həmid Sultanov həmçinin Azərbaycan SSRİ Maarif Xalq Komissarı, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmənin sədri Ayna Sultanovanın həyat yoldaşı olub. Həmid Sultanov 1938-ci ildə Ayna Sultanova və qaynı, Azərbaycan SSRİ-də yüksək vəziflər tutmuş Qəzənfər Musabəyovla birlikdə repressiyaya məruz qalaraq xalq düşməni kimi güllələnib.
Azərbaycan SSRİ-nin ikinci daxili işlər naziri Mircəfər Bağırov olub (5 oktyabr 1921 - 22 may 1927). O, 1933-1953-cü illərdə Mərkəzi Komitənin I katibi olub. 1955-ci ildə həbs olunan general-polkovnik 1955-ci ildə həbs edilərək istintaqa cəlb olunub. 12-26 aprel tarixlərində keçirilmiş məhkəmədə güllələnməyə məhkum edilib və hökm yerinə yetirilib.
Azərbaycan SSRİ-nin daxili işlər naziri olmuş daha bir şəxs - Arif Heydərov da öldürülüb. 1970-1978-ci illərdə bu postu tutan general-leytennant 1978-ci ilin 29 iyununda iş yerində qətlə yetirilib.
Azərbaycan SSRİ-nin daxili işlər nazirləri
1. Sultanov Həmid Həsən oğlu (28 aprel 1920 - 1 iyun 1921)
2. Bağırov Mircəfər Abbas oğlu (5 oktyabr 1921 - 22 may 1927)
3. Rizayev Novruz Kərim oğlu (22 may 1927 - 10 iyul 1929)
4. Yemelyanov Stepan Fyodoroviç (1 avqust 1929 - 5 fevral 1941)
5. Yaqubov Mirteymur Ələkbər oğlu (6 mart 1941 - 1 iyun 1943)
6. Atakişiyev Ağasəlim İbrahim oğlu (10 iyun 1943 - 6 iyun 1953)
7. Quskov Anatoli Mixayloviç (8 avqust 1953 - 25 mart 1954)
8. Buliqa İvan Yefistovyeviç (30 aprel 1954 - 10 iyul 1956)
9. Əli Kərimov (siyasətçi) (11 avqust 1956 - 5 fevral 1960)
10. Məmmədov Xəlil Məmməd oğlu (3 noyabr 1960 - 5 yanvar 1965)
11. Əlizadə Məmməd Əli oğlu (5 yanvar 1965 - 19 mart 1970)
12. Heydərov Arif Nəzər oğlu (19 mart 1970 - 20 iyul 1978)
13. Vəliyev Cəfər Cəbrayıl oğlu (4 noyabr 1978 - 6 aprel 1987)
14. Məmmədov Aydın İsrafil oğlu (7 aprel 1987 - 9 may 1990)
Azərbaycan Respublikasının ilk daxili işlər naziri Məhəmməd Əsədov olub. 23 may 1990-cı ildən 18 noyabr 1991-ci ilədək bu postu tutan milis general-mayoru erməni hərbi birləşmələrinin Xocavənd rayonu yaxınlığında Mi-8 vertolyotunu vurması nəticəsində şəhid olub.
Azərbaycanın hazırkı daxili işlər naziri Ramil Usubovdur. General-polkovnik rütbəsi daşıyan nazir bu posta 3 may 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə təyin edilib. Ramil Usubov 1987-1989 və 1993-1994-cü illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub.
Müstəqil Azərbaycanın daxili işlər nazirləri
Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 20.11.1991)
Kərimov Tofiq Mirzə oğlu (21.11.1991 – 20.02.1992)
Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)
Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
Usubov Ramil İdris oğlu (29.04.1994)
Mənbə: Qaynarinfo.Az
Digər xəbərlər
loading...